top
Siyasət Əsgərov: İki ildir püşk qarşımıza çətin rəqiblər çıxarır, Fomgetdə uyğunlaşma problemi ola bilər Idman.biz
Dünən, 16:56
- +

Siyasət Əsgərov: "İki ildir püşk qarşımıza çətin rəqiblər çıxarır, "Fomget"də uyğunlaşma problemi ola bilər"

"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Fomget"də (Türkiyə) heyətdəki dəyişikliklər səbəbindən uyğunlaşma problemi yaşana bilər".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı klubunun baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis çox önəmli matça çıxacaqlarını vurğulayıb: "Bu gün çox önəmli oyuna çıxacağıq. Təəssüf ki, iki ildir püşk qarşımıza çətin rəqiblər çıxarır. Birinci il Avstriya çempionu ilə oynadıq. Bu il isə Türkiyə çempionu ilə qarşılaşacağıq. "Fomget" həqiqətən də son illərdə qadın futboluna çox yaxşı yatırımlar edib. Əlbəttə, heyətdə dəyişikliklər var. Son bir ayda 10-a yaxın futbolçu gətiriblər və hər biri fərdi baxımdan keyfiyyətlidirlər. Eyni zamanda, öz millilərinin üzvüdürlər. Bəlkə də rəqibin heyətində çox dəyişikliklər edildiyinə görə uyğunlaşma baxımından sıxıntı yaşaya bilərlər".

Baş məşqçi rəqibi təhlil etdiklərini söyləyib: "Oyuna maksimum şəkildə hazırlaşmışıq. Çalışacağıq ki, bu gün yaxşı işlər görək. Rəqibi təhlil etmişik. Məşqçilər korpusu dəyişib. Hazırlıq dönəmində oyun keçirməyiblər. Mənim "Fomget"də çalışdığım dönəmlərdən tanıdığım bir sıra oyunçular var ki, hazırda da əsas heyət üzvdürlər. Yeni gələnlərlə bağlı da məlumat öyrənməyə çalışmışıq. Buna uyğun hazırlıq görmüşük".

S.Əsgərov komandasında ciddi itkilər olmadığını bildirib:

"Düzdür, bəzi futbolçular gətirmişik. Türkiyədən bəzi futbolçular dəvət etmişik və boşluqları doldurmağa çalışmışıq. Bakıdakı toplanış zamanı zədələnən oyunçularımız da var idi. Əlbəttə, məqsəd növbəti mərhələyə keçməkdir. Bu matçın qalibi İsrail klubu ilə oynayacaq. Əlimizdən gələni edəcəyik. Düşünürəm ki, bu gün az səhv etsək, həmçinin rəqibi səhvlərə məcbur etsək, istəyimizə nail olarıq".

Qeyd edək ki, "Fomget" - "Neftçi" matçı bu gün Albaniyanın paytaxtı Tiranadakı "House of Football Natural Pitch" stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 12:20

Azərbaycan cüdoçuları Skopyedə Avropa Kubokunda mübarizə aparacaqlar

Futbol
Bu gün, 12:17

İbrahima Vadji "Turan Tovuz"un heyətinə qoşuldu

Futbol
Bu gün, 12:11

Abdullah Zubir avrokuboklarda 100-cü oyununu keçirib

Futbol
Bu gün, 12:05

İbrahima Vacini "Turan Tovuz"a transfer olundu

Futbol
Bu gün, 12:02

"Qəbələ" polşalı qapıçı Kevin Komarı transfer etdi

Futbol
Bu gün, 12:00

"Səbail" Qomis və Litvinlə müqaviləni uzadacaq

Futbol
Bu gün, 11:47

Bəhlul Mustafazadə "Qarabağ"ın "Şelburn" üzərində qələbəsi, ot örtüyü və ÇL hədəfləri haqqında

Futbol
Bu gün, 11:47

"İnter" 2024/2025 mövsümündə A Seriyasında yayım gəlirlərinə görə birinci olub

Futbol
Bu gün, 11:40

"İnter" Morten Frendrup transferində israrlıdır

Formula 1
Bu gün, 11:38

Kurtua GT3 yarışlarına qatılmaq istəyir, lakin boyu problem ola bilər

Futbol
Bu gün, 11:33

"Kəpəz" və "Sumqayıt" Yoxlama Oyununda: İlk Tur Öncesi Hazırlıq

Futbol
Bu gün, 11:20

Rəşad Sadıqov "Hayduk"la oyun öncəsi itkilərdən və favoritlərdən danışdı

Futbol
Bu gün, 11:17

Kadi Borges: "Çempionlar Liqasında irəliləmək istəyirik"

Futbol
Bu gün, 11:02

"Qarabağ" - "Şkendiya" oyununun başlama vaxtı məlum oldu

Futbol
Bu gün, 11:00

Andradenin Çempionlar Liqasının III təsnifat mərhələsi barədə fikirləri: "Bizi çətin oyunlar gözləyəcək"

Futbol
Bu gün, 10:55

Qari Lineker Lionel Messini futbol tarixinin ən yaxşı oyunçusu adlandırıb

Güləş
Bu gün, 10:41

Aslan Əmiraslanov U-15 Avropa Birinciliyində 8-ci Yeri Tutdu

Futbol
Bu gün, 10:40

Azərbaycan klublarının avrokuboklarda 150-ci qələbəsi

Futbol
Bu gün, 10:30

Azərbaycan klublarının avrokuboklarda 150-ci qələbəsi: Tarix və statistika

Futbol
Bu gün, 10:28

Azərbaycan klublarının Avrokuboklarda 150-ci qələbəsi: Tarix və statistikalar

Futbol
Bu gün, 10:20

"Fulhem" Çukvueze ilə maraqlanır: danışıqlar başlayıb

Futbol
Bu gün, 10:14

"Qarabağ"ın qələbəsi Azərbaycan klublarının avrokuboklardakı qələbə sayını 150-yə çatdırdı

Cüdo
Bu gün, 10:13

Dünya Cüdo Turu sentyabrda bərpa olunacaq: Qarşıda bizi hansı yarışlar gözləyir?

Futbol
Bu gün, 10:00

Bəhlul Mustafazadə "Qarabağ"ın "Şelburn" üzərində qələbəsi və meydanın ot örtüyü haqqında danışıb

Oxşar xəbərlər