top
Şahin Diniyev: Qarabağ Çempionlar Liqasında da layiqli mübarizə aparacaq Idman.biz
30 avqust 2025, 11:47
- ↺ +

Şahin Diniyev: "Qarabağ" Çempionlar Liqasında da layiqli mübarizə aparacaq

"Doğrudan da, "Qarabağ" Azərbaycan futbolu adına böyük, şərəfli iş görür. Ən güclü 36 komandanın arasına, belə nəhəng rəqiblərlə düşmək özü bir qəhrəmanlıqdır".

İdman.biz xəbər verir ki, bu sözləri Futbolinfo.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev UEFA Çempionlar Liqasının püşkatmasından danışarkən deyib.

59 yaşlı mütəxəssis Azərbaycan çempionunun qrupdakı rəqibləri "Liverpul" (İngiltərə), "Benfika" (Portuqaliya), "Napoli" (İtaliya), "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Ayntraxt" (Frankfurt, Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"lə (Danimarka) oyunlarından danışıb. O, qrupu qənaətbəxş sayır: "Qrup mərhələsində iştirak etmək özü bir uğurdur, çünki orada dünyanın güclü komandaları ilə üz-üzə gəlmək lazım gəlir. Razı deyiləm ki, bu qrup hamısından güclüdür. Hər qrupa baxsaq, heç birində zəif rəqib yoxdur. 36 ən güclü komanda eyni turnirdədir, Çempionlar Liqasında zəif rəqib olmur. Qrupların hər birinin özünə görə ağır yükü var. Ona görə Ağdam təmsilçisinin düşdüyü qrup da məhz belə güclü komandalardan ibarətdir".

Mütəxəssis "köhlən atlar"ın artıq sakit, rahat oynayacağını, itirəcək heç nəyinin olmadığını bildirib: "Gəlin, etiraf edək ki, bu qrandların qarşısında qrupdan çıxmaq çox çətindir. "Qarabağ" son oyunlara qrupa düşmək istəyinə çatmaq üçün təzyiq altında çıxırdı. Çünki itirəcək bir şeyi yoxdur, yalnız qazanacaq bir şeyləri var. Düşünürəm "Qarabağ" bu rəqiblər üçün qapazaltı olmayacaq və layiqli mübarizə aparacaq. Ağdam təmsilçisi və azarkeşlər üçün bu 8 oyun böyük bayramdır. Bu sarıdan "Qarabağ" öz gücünü göstərdi. İndidən demək olmaz ki, hansını udacaq, hansına uduzacaq. Amma layiqli mübarizə aparıb, qrupdakı oyunlara rəng qatacağını demək olar. Qurban Qurbanovun kollektivi artıq maksimum etdiyini edib. Bundan sonra nə qazanacaqsa, o da üstünə əlavə ediləcək. Hər bir oyun bizim üçün bayram olacaq. Həm də bu görüşlər "köhlən atlar"a böyük təcrübə qazandıracaq. Artıq neçə ildir Avropada oynayırlar. Çempionlar Liqasının yenilənmiş formatında 8 oyun və hər dəfə fərqli rəqiblə qarşılaşma olacaq. Həm ad-san, həm taktiki baxımdan fərqli komandalarla üz-üzə gələcəklər. "Qarabağ"dan böyük şeylər gözləməyək, onlar futboldan həzz almaq üçün oynamalıdır. Sadəcə uğurlar arzu edirəm. "Qarabağ" hələ bizi təəccübləndirməyə davam edəcək. İnanıram ki, komanda bu səviyyədə uğurlu çıxışını davam etdirəcək və hər oyun dəyərli təcrübə qazandıracaq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Oxşar xəbərlər