top
Ehtiram Quliyev Turan Tovuzun hədəfləri və komanda ruhu haqqında danışdı Idman.biz
30 avqust 2025, 11:29
- ↺ +

Ehtiram Quliyev "Turan Tovuz"un hədəfləri və komanda ruhu haqqında danışdı

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevin Futbolxeber.az saytına müsahibəsi

- Komandanız səfərdə "Neftçi" üzərində 1:0 hesablı qələbə qazandı. Görüşü necə şərh edərdiniz?

- Maraqlı və çətin oyun oldu. Belə görünür ki, bu mövsüm çempionatımız çox ağır keçəcək. Komandamız hələ tam hazır deyil. Bilirsiniz ki, bəzi oyunçular sonradan komandaya qoşulub. İndi milli komandanın oyunları ilə əlaqədar çempionatda fasilənin yaranması bizim üçün çox yaxşı oldu. Bundan səmərəli istifadə etməliyik. İnanıram ki, fasilədən sonra daha yaxşı, daha şən futbol oynayan "Turan Tovuz" görəcəyik.

- 3 oyuna 6 xal. Startı necə dəyərləndirirsiniz?

- Çox gözəl. Oyunların üçü də çətin idi. İlk turda "İmişli" ilə süni qazonda oynayırdıq. "Araz-Naxçıvan" və "Neftçi" də iddialı və güclü komandalardır. Odur ki, ilk 3 turdakı nəticə bizi razı salır.

- Transfer pəncərəsi hələ bitməyib. Güclənməyi düşünürsünüz?

- Axtarışlarımız davam edir. Mümkün olsa 3, minimum isə 2 transfer reallaşdırmağı planlaşdırırıq Hazırda çətin mərhələdəyik. Lakin danışıqlarımız gedir.

- Komandanın qarşısına çempionluq hədəfi qoymağınız bir qədər gözlənilməz oldu...

- Birinci növbədə futbolçular, daha sonra isə azarkeşlərimiz buna hazır olmalıdır. Turan ruhu böyükdür, mən komandaya bu ruhu qaytarmaq istəyirəm. Ona görə də komandanın qarşısına çempionluq hədəfi qoymaq istədim. Bu potensialı görürəm, komandaya inanıram. Çempionluq deyəndə çempioluğa oynamaq, son turlara qədər iddialı mövqedə olmaq nəzərdə tutulur. Başa düşürəm, çətindir, lakin yenə deyirəm, mən komandama güvənirəm. Oyunçuları və azarkeşləri də yavaş-yavaş buna inandırmaq istəyirik.

- Bu, komanda üzərində basqı yaratmayacaq?

- Yox, yaratmaz. Gedəcəyi yolu bilən insana dağlar çəkilib yol verər. Ona görə də mütləq gedəcəyin ünvan bilinməlidir. Oyunçular da artıq bunun hiss edirlər.

- Çempionluq maksimum hədəfdir. Yəqin ki, minimum hədəf də avrokuboklara vəsiqə olar. Elədir?

- Bu dəqiqə maksimumu istəyirik. Minimum barədə düşünmürük.

- Tovuz stadionunda son vəziyyət necədir?

- Yaxşıdır. Hər şey plana uyğun getsə, oktyabrın ikinci yarısında işlər yekunlaşmalıdır.

- "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı. Buna münasibətiniz?

- "Qarabağ" bizim fəxrimizdir. Azərbaycanı Avropada layiqincə təmsil edir. Uğurlar arzu edirik. Ümidliyəm, inanıram ki, Liqa mərhələsində də bizləri sevindirəcəklər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Oxşar xəbərlər