top
Seriya A: Romanın möhtəşəm dönüşü, Kremonezenin qələbəsi, Komonun səfər uğuru Idman.biz
10 may 2026, 22:25
- ↺ +

Seriya A: "Roma"nın möhtəşəm dönüşü, "Kremoneze"nin qələbəsi, "Komo"nun səfər uğuru

Futbol üzrə İtaliya A Seriyasının 36-cı turunda "Roma" səfərdə "Parma"ya 3:2 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, görüşdə hesab birinci hissənin ortalarında açılıb. "Roma"nın futbolçusu Doniell Malen Paulo Dibalanın ötürməsindən sonra topu tora göndərib. Fasiləyə qədər hesab dəyişməyib.

İkinci hissənin əvvəlində "Parma" oyunda tarazlığı bərpa edib. Hans Nikolussi-Kaviqlianın ötürməsindən sonra Qabriel Strefezza fərqlənib. 87-ci dəqiqədə isə Mandela Keyta meydan sahiblərini önə keçirib.

Buna baxmayaraq, "Roma" əlavə vaxtda inanılmaz dönüş edib. Əvvəlcə 90+4-cü dəqiqədə Devayn Renş hesabı bərabərləşdirib. 90+11-ci dəqiqədə isə Malen penaltini dəqiq yerinə yetirərək paytaxt klubuna qələbə qazandırıb.

Bu nəticədən sonra "Roma" xalını 67-yə çatdırıb və turnir cədvəlində beşinci pilləyə yüksəlib. "Parma" isə 42 xalla 13-cü sırada qalıb.

19:40

Futbol üzrə İtaliya A Seriyasının 36-cı turunda "Kremoneze" doğma meydanda "Piza"nı 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada meydan sahiblərinin qollarını Ceymi Vardi, Federiko Bonatsoli və David Okereke vurublar. "Kremoneze"nin ilk qoluna Vardi 31-ci dəqiqədə imza atıb. Bonatsoli 51-ci dəqiqədə fərqi artırıb, Okereke isə 86-cı dəqiqədə yekun hesabı müəyyənləşdirib.

"Piza" oyunu doqquz nəfərlə başa vurub. Qonaqların heyətində 23-cü dəqiqədə müdafiəçi Rosen Bojinov meydandan qovulub. 57-ci dəqiqədə isə yarımmüdafiəçi Filipe Loyola birbaşa qırmızı vərəqə alıb.

Bu qələbədən sonra "Kremoneze" xalını 31-ə çatdırıb. Komanda hələ də turnir cədvəlində 18-ci pillədə, düşmə zonasında qalır. "Piza" isə 18 xalla sonuncu – 20-ci sıradadır və daha əvvəl A Seriyasında qalmaq şansını itirib.

Günün digər oyununda "Fiorentina" evdə "Cenoa" ilə qolsuz heç-heçə edib. "Cenoa" 41 xalla 14-cü, "Fiorentina" isə 38 xalla 15-ci pillədə qərarlaşıb.

16:43

Futbol üzrə İtaliya A Seriyasının 36-cı turunda "Komo" səfərdə "Verona"nı 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın taleyini ikinci hissədə vurulan yeganə qol həll edib. İlk hissədə daha fəal təsir bağışlayan qonaqlar fasiləyə qədər fərqlənə bilməyiblər. "Verona" müdafiədə etibarlı oynasa da, 71-ci dəqiqədə qapısında qol görüb.

"Komo"nun qələbə topunu Anastasios Duvikas vurub. Meydan sahibləri 75-ci dəqiqədə hesabı bərabərləşdirsələr də, VAR müdaxiləsindən sonra qol ofsayd səbəbindən ləğv olunub.

Bu nəticədən sonra "Komo" xalını 65-ə çatdıraraq A Seriyasının turnir cədvəlində beşinci pilləyə yüksəlib. "Verona" isə 20 xalla 19-cu sırada qərarlaşıb və daha əvvəl elitada qalmaq şansını itirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Oxşar xəbərlər