II Liqada çıxış edən "Şəki"yə yeni baş məşqçi təyin olunub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Son turlarda uğursuz nəticələrlə yadda qalan bölgə təmsilçisinin "sükanı" Şəhriyar Məmmədova tapşırılıb. O, bu postda Elvin Hacızadəni əvəzləyib.
Qeyd edək ki, Məmmədovun son iş yeri "Araz-Saatlı" klubu olub.