"Sumqayıt"la oyundan öncə "Ağstafa Gəncləri" ilə matçdakı qələbə komandaya yaxşı əhval-ruhiyyə bəxş etdi. Düzdür, çempionatda istədiyimiz kimi çıxış edə bilmirik".
Bu sözləri Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la qarşılaşacaq "Şəfa" klubunun müdafiəçisi Nihad Quliyev matçdan öncə fikirlərini bölüşərkən deyib.
Bakı təmsilçisinin futbolçusu kubokdakı uğurlu nəticənin komandaya verdiyi motivasiyadan, çempionatdakı çətinliklərdən və qarşıdakı məqsədlərdən söhbət açıb:
"Son iki matçda hesabda öndə olduğumuz halda, oyunu əldən veririk. Səhvlərimizin üzərində çalışırıq. İnanıram ki, "Sumqayıt"la oyunda daha yaxşı olacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, "qara zolaq"dan çıxaq, qələbə qazanaq və qələbələrimizi sıralayaq".
Qeyd edək ki, Premyer Liqanın geridə qalan bölümündə üç xal toplayan "Şəfa" Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində ikinci Liqa təmsilçisi "Ağstafa Gəncləri"ni 9:2 hesabı ilə darmadağın edərək növbəti mərhələyə yüksəlib.