top
Səbuhi Səfiyarlı: “Bizə güzəştə getməsələr də, incikliyimiz yoxdur” İdman.biz
15 may 2024, 17:08
- ↺ +

Səbuhi Səfiyarlı: “Bizə güzəştə getməsələr də, incikliyimiz yoxdur”

"Bizə heç kim say artımı və ya hansısa bir şəkildə "Qəbələ"yə güzəştlə bağlı rəsmi nəsə deməmişdi".

Bunu "İdman Bizdə" verilişinin qonağı olan "Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı deyib.

Funksioner bildirib ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında veriləcək bütün qərarlara hazır olublar: "Nəticələrə, idman prinsiplərinə görə sonuncu yer tutduğumuz üçün Premyer Liqanı tərk edəcəyimizi bilirdik. Amma ehtimal var idi ki, 12 komanda olsa infrastruktur və şəraitə görə bizə güzəştə getsinlər. Hər halda bunun olmamasının da bir sıra səbəbləri var. Bizə güzəştə getməsələr də, incikliyimiz yoxdur. Artıq 2 mövsümdür ki, Premyer Liqanı sonuncu yeri tutan klub tərk edir. Bəlkə də Azərbaycan futbolunun inkişafı burdan başlayır".

Səfiyarlının sözlərinə görə, qərar bütün heyətdə məyusluq yaradıb: "Hamımız təəssüf edirik ki, belə oldu. Mövsümün əvvəlində buraxdığımız bəzi səhvlər, uğursuz oyunlar və hakimlərin bizə qarşı haqsız verdiyi qərarlar buna səbəb oldu. 50-nin 50-yə olan epizodlarla bağlı bütün qərarlar əleyhimizə verilib. Heç bir epizodda xeyrimizə səhv olmayıb. Belə hallar bu nəticəyə gətirib çıxardı. Araşdırmışıq, səbəbləri də bilirik və lazımi nəticələri çıxarmışıq. "Qəbələ" və azarkeşləri adına nəticə üzücüdür. Amma həyat yenə də davam edir. "Qəbələ"nin gələn mövsüm I Liqada mübarizə aparmağı turniri daha da maraqlı edəcək. Qarşımıza qoyduğumuz məqsəd 1 mövsümdən sonra Premyer Liqaya qayıtmaqdır".

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Oxşar xəbərlər