Misli Premyer Liqasında çıxış edən "Şamaxı" klubu qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.
İdman.Biz bu barədə klubun mətbuat xidmətinə istinadən bildirir.
Belə ki, komanda digər Premyer Liqa klubu olan "Sabah"dan Abdulla Rzayevi icarə əsasında heyətinə qatıb.
24 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər "Şamaxı"da çıxış edəcək.