top
Şakir Seyidov: Hakimin qərarı ilə razılaşmalı idik - MÜSAHİBƏ Idman.biz
02 aprel 2026, 17:40
- ↺ +

Şakir Seyidov: "Hakimin qərarı ilə razılaşmalı idik" - MÜSAHİBƏ

"Həmin vaxt hakim epizoda yaxın idi. Topa toxunuşum var idi".

Bunu "Kəpəz"in futbolçusu Şakir Seyidov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Milli fasilədən öncəki son turda "Qarabağ"a qalib gəldiniz və bu, cari mövsümdə Ağdam təmsilçisi üzərində ikinci qalibiyyətiniz oldu…

– Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, "Qarabağ" topla oynamağı sevir. Bunu nəzərə alaraq meydana çıxmışdıq. Əks-hücumda oynayaraq əlimizə düşən imkandan lazımınca istifadə etdik və qələbə qazandıq. Meydanı 3 xalla tərk etdiyimiz və azarkeşlərimizi sevindirdiyimiz üçün şadam.

– Kamilo Duranla epizodunuz çox müzakirə edildi. Sizcə, hakim həmin epizodda penalti təyin etməməklə düz etdi?

– Həmin vaxt hakim epizoda yaxın idi. Topa toxunuşum var idi. Qərarı hakim verir. Referi o anda nə qərar versəydi, razılaşmalı idik.

– Millinin toplanışına "Kəpəz"dən heç bir futbolçunun çağırılmamasını necə qarşıladınız? Komandanızdan kim və ya kimlər yığmaya dəvəti haqq edirdi?

– Milli komandanın baş məşqçisi var. Mən deyə bilmərəm ki, kimləri çağırıb, kimləri çağırmamalıdırlar. Yığmaya dəvət alan hər bir futbolçu o formanı layiqincə daşımalıdır. Çağırılmayan futbolçular da öz üzərlərində işləyib şanslarını gözləməlidirlər.

– Fasilədən sonrakı ilk oyunda "Qəbələ" ilə üz-üzə gələcəksiniz. Bu matçdan 3 xalla ayrılmağı bacaracaqsınız?

– Biz hər oyuna qələbə üçün çıxırıq. Yenə məqsədimiz eyni olacaq. "Qəbələ" ilə görüşə də 3 xal əldə etmək üçün çıxacağıq. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.

– Milli fasilədən öncəki son 4 turda "Kəpəz" 8 xal qazanmışdı. Bu mənada fasilənin sizə zərəri dəyməyəcək?

– Fasilənin bizə zərərinin dəyəcəyini düşünmürəm. Uğurlu seriyanı davam etdirməyə çalışacağıq.

– "Kəpəz" hazırda 12-ci pillədən 13, 11-ci pillədən isə 5 xal öndədir. Bu, komandanızın Premyer Liqadakı yerini qoruyacağını əminliklə söyləməyə əsas verirmi?

– Turnir cədvəlində daha da irəli getməyə çalışırıq. Arxaya baxmırıq, öndəki rəqibə nəzər yetiririk. Mövsümü daha yaxşı pillədə bitirmək üçün əlimizdən gələni edəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:09

Kivu: "İnter" Çempionlar Liqasında 90 dəqiqə ərzində daha sabit oynamalıdır"

Digər
Bu gün, 18:02

Baş nazir idman tədbirlərində hakimlərin xidmət haqqı normaları haqqında qərar imzalayıb

Futbol
Bu gün, 18:00

"Neftçi"nin gənclər komandaları üçün oyun qaydaları və açıqlıq üzrə seminar keçirilib

Voleybol
Bu gün, 17:56

Çempionlar Liyasında 'Skandicçi' - 'Turan' qarşılaşması öncəsi məşqçi Qasparinin Azərbaycan klubları ilə keçmiş görüşləri xatırlanıb

Futbol
Bu gün, 17:52

Elçin Məsiyev U-17 Dünya Çempionatı üçün baş hakimi təyin edildi

Cüdo
Bu gün, 17:50

Samuxda ilk cüdo zalı istifadəyə verilib – FOTO

Futbol
Bu gün, 17:44

Rüştü Reçber "Sabah"a "Barselona" qarşısında müdafiə məsələsində tövsiyələr verib

Futbol
Bu gün, 17:40

FK 'Şimal' iki mövsümdə Region Liqasından I Liqaya yüksələrək yerli futbolçular üçün inkişaf platformasına çevrildi

Qarabağ FK
Bu gün, 17:36

AFFA İntizam Komitəsi 7 komanda üçün texniki məğlubiyyət qərarı verdi

Futbol
Bu gün, 17:35

CAF 2026-cı ilin ən yaxşı oyunçusu adına son beşi namizədi açıqladı

Futbol
Bu gün, 17:28

AFFA "Zəfər" komandasını U-14 Liqasında kənarlaşdırdı

Futbol
Bu gün, 17:20

Dambrauskas: “Yamalı üçün üzüldüm”

Futbol
Bu gün, 17:19

Şamaxı "Sabah" – "Barselona" matçı öncəsi ispan jurnalistlərinin gözləntiləri

Futbol
Bu gün, 17:12

Rahim Sterlinq 12 ay şərti azadlıqdan məhrum edildi

Digər
Bu gün, 17:05

Bakı 2026 "Dünyanın İdman Paytaxtı" münasibətilə məktəblilər arasında velosiped birinciliyi keçirilib - FOTO

Futbol
Bu gün, 17:00

Dambrauskas: "Barselona" ilə qarşılaşma karyeramın zirvə oyunu olacaq"

Minifutbol
Bu gün, 16:55

Rahim Sterlinq şərti həbslə cəzalandırıldı

Formula 1
Bu gün, 16:51

Formula-1-də 2030-cu ildən 2,1 litrlik V8 mühərrikləri tətbiq olunacaq

Futbol
Bu gün, 16:40

Unay Emery "Qalatasaray"ın futbolçularının vaxt aparması və hakimin əlavə vaxtındakı qərarını tənqidaya tutdu

Futbol
Bu gün, 16:40

Luis Enrike PSJ ilə 14 il sonra UEFA Çempionlar Liqasında "Roma"ya qarşı üz-üzə gələcək

Futbol
Bu gün, 16:30

Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 aylıq şərti həbs cəzasına məhkum olundu

Voleybol
Bu gün, 16:30

AVF rəsmisi qadınlar arasında CEV Çempionlar Liqasının matçında supervayzer təyin edilib

Futbol
Bu gün, 16:21

„Barselona“ və „Real“ arasında barışıq müqaviləsi imzalanmayıb

Futbol
Bu gün, 16:20

Fransalı müdafiəçi Jül Kunde Bakıda baş məşqçini qəzəbləndirdi

Oxşar xəbərlər