top
Şahin Diniyev Qarabağın Çempionlar Liqası Şansları və Reallıqlar Barədə Danışdı Idman.biz
16 dekabr 2025, 15:43
- ↺ +

Şahin Diniyev "Qarabağ"ın Çempionlar Liqası Şansları və Reallıqlar Barədə Danışdı

"Qarabağ" hər şeyə qadir olan klubdur. Kimlərsə deyir ki, 11 xal lazımdır, məncə, 10 xal da kifayət edəcək. Çünki bundan sonra arxada gələn komandaların çoxu liderlər qrupunda yer alan kollektivlərlə qarşılaşacaq. Bu baxımdan qazanılacaq 3 xal "Qarabağ"ı pley-offa apara bilər. Aparmasa belə, "Qarabağ" oyunu ilə həmin mərhələyə layiq komandadır — həm oyunu, həm də Avropanı təəccübləndirməsi baxımından".

Bu sözləri millinin sabiq məşqçisi Şahin Diniyev deyib.

59 yaşlı mütəxəssis "Qarabağ"ın UEFA Çempionlar Liqasında pley-off şanslarını dəyərləndirib.

Şahin Diniyevin fikrincə, nəticənin necə olmasından asılı olmayaraq, "köhlən atlar"ı uğursuzluğa görə qınamaq düzgün deyil: "Gəlin futbola reallıq prizmasından baxaq. İnsan istinad nöqtəsini bilməsə, inkişaf edə bilməz. Bəzən özümüzü "Ayaks", "Napoli", "Liverpul"dan da güclü sayırıq, "Benfika"nı məğlub edəndə bunu böyük uğur kimi qəbul edirik. "Qarabağ" böyük qəhrəmanlıq edərək bizi bir növ nağıl aləminə apardı. İndi isə əksinə danışmağa başlamışıq. Ola bilsin, dediklərim kimlərinsə xoşuna gəlməsin, amma reallıq budur. "Qarabağ"da bəzən oyun alınır, bəzən yox. Deyiblər ki, bir mərmi eyni quyuya iki dəfə düşmür. Əgər məşqçi hansısa əvəzetməni fərqli etsəydi və bunun daha yaxşı nəticə verəcəyini bilsəydi, mütləq edərdi. Biz çox şişirtmişik, guya "Qarabağ"hamını məğlub etməli və mütləq pley-offa vəsiqə qazanmalıdır. İnanın, pley-offa düşsə, sabah ilk səkkizliyə düşməyi, hətta çempionluğu tələb edəcəyik", - deyə o, futbolinfo.az-a açıqlamasında deyib.

Şahin Diniyev əlavə edib: "Bəlkə də bu, "Qarabağ"ın günahıdır ki, bizi belə öyrədib. Amma artıq reallıqdan uzaqlaşıb xəyallar qururuq. Bu xəyallar gerçəkləşməyəndə isə mütləq günahkar axtarırıq — futbolçu, məşqçi və ya rəhbərlik. Əslində, günahkar onlar deyil, bizik. Çünki futbolumuzun hələ layiq olmadığı Çempionlar Liqasındayıq. Günahkar axtarırıqsa, özümüzə baxmalıyıq. Onlara təkcə buna görə də təşəkkür etməliyik ki, Çempionlar Liqasının himnini dinləyə bilirik. Daha yaxşısı olsa, hamımız sevinərik. Nəzərə almaq lazımdır ki, "Ayntraxt"la çətin oyun olacaq. Çünki bizim çempionatda fasilə olsa da, Almaniyada yarışlar yüksək tempdə davam edir. Adətən "Qarabağ" mövsümün əvvəlində formaya düşmək üçün xallar toplaya bilir və bu amil onlara problem yarada bilər. Amma "Qarabağ"dan hər şeyi gözləmək də olmaz. Komandaya uğurlar arzulayıram. Bu gün Azərbaycan klubunun Çempionlar Liqasındakı oyunlarından sadəcə həzz almalıyıq".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:49

Kəpəz’in növbəti iki ev oyunu üçün biletlər satışa çıxarıldı

Futbol
Bu gün, 14:38

Bakıda U-15 DÇ-də Kolumbiya 11:0, Benin 10:0 hesablı qətiyyətlə qalib gəldi

Futbol
Bu gün, 14:30

Manchester United, Liverpool və Arsenal Bayern yarımmüdafiəçisinə baxır

Futbol
Bu gün, 14:25

Azərbaycanlı futbolçu İmanverdiyev Mursiyada üçüncü liqada oynayacaq

Futbol
Bu gün, 14:21

Barselona Balden gedərsə, Yuventusun müdafiəçisi Kambyazo ilə maraqlanır;

Futbol
Bu gün, 14:13

Kompaninin yoxluğunda Denks "Bavariya"nın "Frayburq"la oynaq əvvəlki oyun planını açıqladı

Futbol
Bu gün, 14:00

Markus Babbel: Ballon d’Or dünyadakı ən böyük sirk tamaşasıdır

Futbol
Bu gün, 13:50

U-15 Dünya Kuboku: Azərbaycan millisi Andorraya 1-0 qalib gəldi

Boks
Bu gün, 13:37

Azərbaycanın iki gənc boksçusu Budvada keçirilən dünya çempionatının yarımfinalına çıxır

Boks
Bu gün, 13:28

Daniel Dübua vs Tayson Fyuri döyüşü üçün favori kim?

Futbol
Bu gün, 13:19

Neymar qırmızı kartla meydandan atıldı və bunu irqçilik kimi tanıdı;

Futbol
Bu gün, 13:15

Lineker və Şirer: Fabre Manchester United təklifini geri çəkməli

Futbol
Bu gün, 12:57

Neymar bir gündə qırmızı kart və siyasi video ilə gündəmə gəldi

Futbol
Bu gün, 12:46

Rosio Eskandell: Lamin Yamalın uğuru Rokafonda ilham yaradır

Basketbol
Bu gün, 12:40

ABL 4-cü tur: Neftçi – Gəncə, LANDAU Lions – Sumqayıt

Digər
Bu gün, 12:29

Selcan Babayeva Avropa çempionatında qızıl medalla qalib gəldi

Futbol
Bu gün, 12:13

Mançester Yunayted "Mançester Siti"nin sol cinah müdafiəçisini icarəyə götürmək istəyir

Futbol
Bu gün, 11:51

FIFA U-15 Dünya Çempionatı çərçivəsində Bakıda Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası

Futbol
Bu gün, 11:15

Xviça Kvaratsxeliya İngilis klublarının təklifini rədd edib PSG-yə qoşuldu

Qarabağ FK
Bu gün, 11:13

6‑0 qalibiyyətdə altı qolun hamısını iki akademiya təmin edib: Ulduz FA‑nın üç qol, Sabah‑ın iki qol və bir dubl

Futbol
Bu gün, 11:02

Karlton Koul İndoneziyada derbiyə tankla getməsinin səbəbini açıqladı

Digər
Bu gün, 10:53

Volkanovski UFC 333-də Evloyevi nokautla məğlub edərək titulunu qorudu

Qarabağ FK
Bu gün, 10:39

“Sabah” və “Qarabağ” qarşılaşmasında Avropa təcribəsi ilə milli fokus: Kim qalib gələcək?

Futbol
Bu gün, 10:30

Neymar: Ən yaxşı dövrüm PSJ-də

Oxşar xəbərlər