"Sabah" yarımmüdafiəçi Şakir Seyidovla yollarını ayırıb.
Klubdan İdman.biz-ə verilən məlumata görə, futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Seyidov 2018-ci ildən "Sabah"da çıxış edirdi. O, komandanın heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.
İdman.biz