top
Elmar Baxşıyev: Gücləndirməyə ehtiyac duyduğumuz mövqelərdə axtarışlar gedir Idman.biz
12 iyun 2025, 21:40
- ↺ +

Elmar Baxşıyev: Gücləndirməyə ehtiyac duyduğumuz mövqelərdə axtarışlar gedir

"Əlbəttə, tanıdığın futbolçu ilə işləmək daha uyğundur. Çünki onun həm qabiliyyətinə, həm xasiyyətinə, həm də xarakterinə bələdsən. Həmin futbolçu da burada oynadığına görə, komandaları tanıyır, yaşamaq və uyğunlaşmaq baxımında çətinlik çəkmir. Ancaq uğurun resepti bundan ibarət deyil. Bu, təsir edən məqamlardandır. Uğur qazanmaq üçün inanmalı, xarakter göstərməli, meydanda sona qədər mübarizə aparmalı, çətin gündə birləşməyi bacarmalı, verilənləri icra etməli, məğlub olduqda nəticə çıxarmalısan. Uğurun konkret resepti, yolu yoxdur".

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Təcrübəli mütəxəssis komandanın heyəti ilə bağlı verilən sualı isə belə cavablandırıb: "Futbolçuları istirahətdə olsalar da, məşqçilər korpusu işini davam etdirir. Axtarışdayıq. Hər gün bir neçə futbolçunu izləyir, araşdırırıq. İstəyirik ki, dəvət edəcəyimiz futbolçular daha güclü olsun, həm Premyer Liqada, həm də avrokuboklarda bizə kömək etsinlər, komandanı uğura aparsınlar. Belə futbolçuları həm tapmaq çətindir, həm də qiymət məsələsində anlaşmaq lazımdır. Onları ölkəmizə gəlməyə razı salmaq gərəkir. Gücləndirməyə ehtiyac duyduğumuz mövqelər var. O istiqamətdə axtarışlar gedir. Heyəti elə qurmalıyıq ki, iştirak edəcəyimiz yarışlarda mümkün qəər irəliləyək".

Baxşıyev, yeni mövsüm rəqiblərini harada qəbul edəcəyini söyləyib: "Avrokubok oyunlarımızı "Liv Bona Dea Arena"da keçirəcəyik. Çempionata da yəqin ki burada başlayarıq. Ola bilsin, Naxçıvan şəhər stadionunda təmir işləri başlasın. Öz arenamız nə zaman hazır olacaqsa, məmnuniyyətlə rəqiblərimizi orada qəbul edəcəyik. Doğma məkanda oynamaq bizə əlavə güc verəcək. Çünki tribunalarda bizi dəstəkləyən minlərlə azarkeşimiz olacaq. Ancaq indiki məqamda orada oyunları keçirmək mümkün deyil".

Qeyd edək ki, "Araz-Naxçıvan" tarixində ilk dəfə UEFA Konfrans Liqasında çıxış edəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Futbol
Bu gün, 12:26

Olimpiakos, Sabahın müdafiəçisi Stiv Solveti ilə müqavilə imzalamağa yönəldi

Futbol
Bu gün, 12:20

Lionel Messi Inter Miami'də qalacaq, Nevil's Old Boys'a dönüş etməyəcək

Qarabağ FK
Bu gün, 12:00

“Qarabağ”ın zədəli qapıçısı Bəkədə göründü – U‑15 dünya çempionatında ölkəsinin yığmasına dəstək oldu

Basketbol
Bu gün, 11:26

Gəncə Basketbol Klubu Portuqaliyada Tarixi Qələbə Qazanıb

Futbol
Bu gün, 11:21

“Marafon” komandası Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Futbol
Bu gün, 11:20

Alberto Ruiz Real Madrid tərəfindən 2028-ci ilə qədər qoruma altına alındı

Futbol
Bu gün, 11:20

Real, satdığı müdafiəçi Xakobo Ramonu geri qaytarmaq planlaşdırır

Futbol
Bu gün, 11:00

Xankəndinin baş məşqçisi: Bu tip penaltı məğlubiyyətimizi üzur

Qarabağ FK
Bu gün, 10:55

U-15 dünya çempionatında Azərbaycan klublarının skautlarının seçmə fəaliyyəti

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Oxşar xəbərlər