top
Abramoviç futboldan birdəfəlik uzaqlaşdı: Klub sahibliyi dövrü bitdi Lent.az
12 iyun 2025, 19:46
- ↺ +

Abramoviç futboldan birdəfəlik uzaqlaşdı: Klub sahibliyi dövrü bitdi

"Çelsi"nin keçmiş sahibi Roman Abramoviç, peşəkar futbolla bütün əlaqələrini kəsdiyini açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İngiltərə hökuməti isə "Çelsi"nin satışından əldə edilən 2,5 milyard funt-sterlinqin Ukraynaya köçürülməsi üçün təzyiqləri artırıb.

Rusiyalı milyarder Roman Abramoviç peşəkar futbolla bağlı bütün rollarından getdiyini və bir daha heç vaxt klubda rol almayacağını açıqlayıb.

Abramoviçin açıqlamaları görə, "Sanksiya: "Çelsi" futbol klubunun satışının daxili hekayəsi" adlı kitabının bir fəslində yer alıb.

Abramoviç kitabın müəllifi Nik Pyuruala deyib: "Mən bu həyatımda bu fəsli bağladım, istər klub mülkiyyəti, istərsə də hər hansı bir peşəkar rol".

Abramoviç hələ də gələcəkdə "Çelsi"oyununa getmək və "uyğun bir vida" demək istədiyini söyləyib.


2022-ci ildə Ukraynada müharibənin şiddətlənməsindən sonra Böyük Britaniya hökuməti Abramoviçə Kremllə sıx əlaqələrə görə ona qarşı sanksiyalar tətbiq edib.

Bu proses zamanı "Çelsi" futbol klubunun satışı təsdiqlənib və klub 2,5 milyard funt-sterlinq qarşılığında ABŞ-ın konsorsiumuna verilib.

Lakin satışdan əldə olunan vəsait Abramoviçin razılığı olmadan istifadə edilə bilməz. Pul hələ də İngiltərədəki hesabda dondurulub.

Böyük Britaniyanın maliyyə naziri Reyçel Riva və xarici işlər naziri Devid Lemmi keçən həftə Abramoviçə çağırış edərək birgə bəyanat yayıblar.

Bəyanatda deyilir ki, "Çelsi"nin satışından əldə olunan gəlir Ukraynaya humanitar yardım üçün istifadə edilməlidir. Hökumət bəyan edib ki, Abramoviç razılıq verməsə, hüquqi tədbirlərə əl atacaqlar.

Abramoviç isə iddia edir ki, satışdan əldə olunan vəsait təkcə Ukraynaya deyil, müharibənin qurbanı olan bütün insanlara (həm Ukrayna, həm də Rusiya tərəfindəki mülki şəxslər) kömək etmək üçün istifadə edilməlidir.
 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Futbol
Bu gün, 12:26

Olimpiakos, Sabahın müdafiəçisi Stiv Solveti ilə müqavilə imzalamağa yönəldi

Futbol
Bu gün, 12:20

Lionel Messi Inter Miami'də qalacaq, Nevil's Old Boys'a dönüş etməyəcək

Qarabağ FK
Bu gün, 12:00

“Qarabağ”ın zədəli qapıçısı Bəkədə göründü – U‑15 dünya çempionatında ölkəsinin yığmasına dəstək oldu

Basketbol
Bu gün, 11:26

Gəncə Basketbol Klubu Portuqaliyada Tarixi Qələbə Qazanıb

Futbol
Bu gün, 11:21

“Marafon” komandası Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Futbol
Bu gün, 11:20

Alberto Ruiz Real Madrid tərəfindən 2028-ci ilə qədər qoruma altına alındı

Futbol
Bu gün, 11:20

Real, satdığı müdafiəçi Xakobo Ramonu geri qaytarmaq planlaşdırır

Futbol
Bu gün, 11:00

Xankəndinin baş məşqçisi: Bu tip penaltı məğlubiyyətimizi üzur

Qarabağ FK
Bu gün, 10:55

U-15 dünya çempionatında Azərbaycan klublarının skautlarının seçmə fəaliyyəti

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Oxşar xəbərlər