top
Sabah-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb Idman.biz
Bu gün, 13:12
- ↺ +

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

"Sabah" futbol klubunun prezidenti Maqsud Adıgözəlov komandanın polşalı müdafiəçisi Timoteuş Puxaç haqqında diqqətçəkən açıqlamalar verib.

İdman.Biz Polşanın mediasına istinadən xəbər verir ki, klub rəhbəri müsahibəsində 27 yaşlı futbolçunun həm meydandakı, həm də meydandan kənardakı davranışından razılığını ifadə edib.

"Timoteuş fantastik futbolçu və çox xoş xasiyyətli gəncdir. Amma hər şeydən əvvəl onu əsl peşəkar adlandırardım. Mən futbolçuları yalnız oyunlarda deyil, meydandan kənarda da müşahidə edirəm. Onların komanda yoldaşları ilə ünsiyyətinə, məşqlərdə, asudə vaxtlarında və idman zalında davranışlarına, işlərinə nə dərəcədə ciddi yanaşdıqlarına diqqət yetirirəm. Bu baxımdan Timoteuş məndə çox böyük təəssürat yaradıb. Əminliklə deyə bilərəm ki, o, sözün əsl mənasında peşəkardır", – deyə Adıgözəlov bildirib.

Klub prezidenti Puxaçın "Sabah"a keçidinin maraqlı tarixçəsindən də danışıb. Onun sözlərinə görə, futbolçu Azərbaycan təmsilçisinə qoşulmazdan əvvəl Polşanın "QKS Katovitse" komandası ilə müqavilə imzalamağa çox yaxın olub.

"Bəzən futbolda elə hadisələr baş verir ki, onları yalnız məntiqlə izah etmək çətindir. Sanki müəyyən məqamda bütün ulduzlar düzülür. Burada başqa maraqlı detal da var. Bildiyimə görə, polyak dilində "Puxaç" bayquş növlərindən birinin adıdır. Bayquş isə "Sabah"ın simvoludur. Deməli, bu transferdə bir qədər mistik məqam da var. Bəlkə də Timoteuşun bizim komandaya qoşulması onun taleyində var idi", - deyə klub prezidenti vurğulayıb.

Qeyd edək ki, Puxaç 2025-ci ildə "Sabah"a qoşulub. O, Bakı təmsilçisi ilə Azərbaycan çempionluğu və ölkə kubokunu qazanıb, həmçinin UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Futbol
Bu gün, 12:26

Olimpiakos, Sabahın müdafiəçisi Stiv Solveti ilə müqavilə imzalamağa yönəldi

Futbol
Bu gün, 12:20

Lionel Messi Inter Miami'də qalacaq, Nevil's Old Boys'a dönüş etməyəcək

Qarabağ FK
Bu gün, 12:00

“Qarabağ”ın zədəli qapıçısı Bəkədə göründü – U‑15 dünya çempionatında ölkəsinin yığmasına dəstək oldu

Basketbol
Bu gün, 11:26

Gəncə Basketbol Klubu Portuqaliyada Tarixi Qələbə Qazanıb

Futbol
Bu gün, 11:21

“Marafon” komandası Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Futbol
Bu gün, 11:20

Alberto Ruiz Real Madrid tərəfindən 2028-ci ilə qədər qoruma altına alındı

Futbol
Bu gün, 11:20

Real, satdığı müdafiəçi Xakobo Ramonu geri qaytarmaq planlaşdırır

Futbol
Bu gün, 11:00

Xankəndinin baş məşqçisi: Bu tip penaltı məğlubiyyətimizi üzur

Oxşar xəbərlər