"Sabah" bu gün avrokubokların 2025/26 mövsümündə ilk oyununu keçirəcək. Sport24.az xəbər verir ki, "bayquşlar" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Sloveniya "Çelye"sini qonaq edəcək.
"Bank Respublika Arena"da keçiriləcək matç saat 20:00-da start götürəcək. Görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında cavam oyunu isə iyulun 17-də Sloveniyada olacaq.
İki matçın cəmində üstün olan tərəf 2-ci turda AEK (Kipr) – "Partizan" (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək və "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
10 iyul
20:00. "Sabah" (Azərbaycan) - "Çelye" (Sloveniya) 2:1 (Birinci hissə)
Qol: Pavol Şafranko, 3 (1:0), Franko Kovaçeviç, 7 (1:1), Pavol Şafranko, 18 - pen.
"Sabah": 92. Stas Pokatilov, 80. Akim Zedadka, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 13. İvan Lepinitsa, 6. Abdullah Xaybullayev, 10. Anatoli Nuriyev, 88. Xəyal Əliyev, 20. Coy-Lens Mikels, 18. Pavol Safranko (k)
Baş məşqçi: Valdas Dambrauskas
"Çelye": 21. Simon Sluqa, 23. Jan Karniçnik (k), 6. Artemiyus Tutişkinas, 3. Damyan Vuklişeviç, 2. Xuanxo Nyeto, 8. Mario Kvesiç, 19. Mark Zabukovnik, 11. Milot Avdili, 10. Daniel Şturm, 20. Nikita İosifov, 9. Franko Kovaçeviç
Baş məşqçi: Albert Riera
Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyo, Saken Baiymbet (Qazaxıstan)
Masazır. "Bank Respublika Arena"