top
Rüstəm Əhmədzadə: Millidə əla ab-hava var, Sumqayıtda isə lider yoxdur Sport24.az
26 mart 2026, 10:00
- ↺ +

Rüstəm Əhmədzadə: Millidə əla ab-hava var, "Sumqayıt"da isə lider yoxdur

Millinin və "Sumqayıt"ın futbolçusu Rüstəm Əhmədzadənin Sport24.az-a müsahibəsi

 

- Yığmanı qarşıda "FIFA Series – 2026" turnir çərçivəsində 2 oyun gözləyir. Bu matçlar barədə fikirlərini bilmək istərdik.

- Hər kəs - istər azarkeşlər, istər məşqçilər, istərsə də ətrafımızda olanlar bizdən qələbə gözləyir. Özümüz də özümüzdən bunu istəyirik. Baxımlı oyunla hər iki görüşdən qalibiyyətlə ayrılıb xalqımızın milliyə inamını qaytarmağı düşünürük. Bu iki qarşılaşma bizim üçün əla şansdır.

 

- Millinin düşərgəsində ab-hava necədir?

- Düşərgədə super atmosfer var. Ayxan Abbasovun gəlişi ilə millidə yüksək ab-hava formalaşıb. Ölkənin əsas komandasına dəvət alan futbolçular düşərgəyə çox həvəslə gəlirlər. Hamı xoşbəxtdir. Böyük istəklə məşq edir, komandamızın uğur qazanacağına inanıriq. Yığmaya dəvət almaq istənilən futbolçu üçün böyük şərəfdir. İnanırıq ki, qarşıdakı hər iki görüşdə xalqımızı qələbə ilə sevindirəcəyik.

 

- Bir qədər "Sumqayıt" barədə danışaq. Formasını geyindiyin komanda qış fasiləsindən sonra "qara zolağ"a düşüb. Artıq neçə oyundur ki, qələbə üzünə həsrət qalmısız...

- Açığı, bu suala cavabım yoxdur. Daha doğrusu, cavab tapmaqda çətinlik çəkirəm. Müəyyən xırda detallar var ki, onlar üst-üstə gələndə böyük problemlər ortaya çıxır. Qalib gəlmək üçün hər dəfə nəsə çatmır. Qışdan sonra belə zəif görünməyimiz hamımızı məyus edir. Fasiləyə qədər bizdə hər şey alınırdı. Həm oyun, həm də nəticə var idi. Özümə də maraqlıdır ki, niyə bu vəziyyətə düşdük...

 

- Səncə, komandanın "qara zolaq"dan çıxması üçün nə çatmır?

- Qeyd etdiyim kimi hər oyunda qələbə qazanmaq üçün nəsə çatmır. Yaxşı futbolçularımız var. İstək və əzmkarlıq da öz yerində. Uğurlu nəticə qazanmaq üçün rəhbərlik də əlindən gələni edir. Təəssüf ki, hər dəfə nəsə düz getmir, nəsə alınmır. 3-4 oyun ardıcıl uğursuzlu olanda komandanın üzərində təzyiq də yaranır ki, bu da hardasa sözünü deyir. Bəzən bəxt də bizdən üz döndərir. Məsələn "Karvan-Yevlax"la görüşdə mən penaltini qola çevirə bilmədim. Dəqiq olsaydım, oyunun taleyi demək olardı ki, həll olunacaqdı.

 

- Premyer Liqanın aşkar autsayderi ilə görüşdə bəxtdən şikayətlənmək nə dərəcədə doğrudur? Bəlkə "Sumqayıt"ın futbolçularında xarakter çatmır? Çətin anlarda məsuliyyəti boynuna götürən, komandanı arxasınca aparan lider futbolçu yoxdur...

- Bəlkə də... Bilirsiniz ki, əksər futbolçular ötən yay bu komandaya qoşulub. Uyğunlaşmaq üçün müəyyən vaxt tələb olunur. Bəlkə də bu üzdən aramızda liderliyi üzərinə götürə biləcək futbolçu yoxdur.

 

- Komandanın uğursuzluğunda baş məşqçinin günahlandırmaq olar?

- Vurğuladığım kimi, hər xırda detalın təsiri var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 21:14

Azərbaycan 14 cüdoçunu Zaqrebdəki Qran-Pri turnirində təqdim edəcək

Digər
Bu gün, 21:01

AMADA güləş, taekvondo, qılıncoynatma və üzgüçülük federasiyalarının idmançıları üçün antidopinq seminarı keçirdi

Digər
Bu gün, 20:57

Kastello Lükeb Barçaya transfer olmaq üçün agentini dəyişdi

Cüdo
Bu gün, 20:51

Abşeronda 302 cüdoçu kəmər imtahanında iştirak edib

Futbol
Bu gün, 20:45

Camal Musiala yarımmüdafiəçi beş həftəlik fasilədən sonra “Bavariya”nın ümumi məşqinə qayıtdı

Futbol
Bu gün, 20:08

Kançelskis: Ronaldunun milli komandaya xidmətinin sonu təbii idi və o, 50 yaşına qədər oynaya bilməzdi

Digər
Bu gün, 19:59

Okan Buruk və Ayris Kurteş arasında romantik münasibət iddiaları

Futbol
Bu gün, 19:58

Ayven Touni Manchester United'ə transfer oluna bilər

Futbol
Bu gün, 19:45

Neftçi, Kəpəzlə qarşılaşmaya hazırdır - FOTO

Futbol
Bu gün, 19:41

Cob Bellinghem: Azarkeşlərin dəstəyi ilə Betisə qarşı qalib gəldik

Digər
Bu gün, 19:19

Fərid Qayıbov və Rəşad İsmayılov Bakıda 1300 ağac əkdi - FOTO

Qarabağ FK
Bu gün, 19:12

İlham Zəkiyev: “Hərbi xidmətdə güllə yarasından sonra görmə qabiliyyətimi itirsəm də, həyata və idmana inamımı itirmədim” - VİDEO

Futbol
Bu gün, 19:07

Qalatasarayın Ştutqart üzərindəki qaləbəsi: Oyunçular klubda əyləncə arxasından qaçdı

Futbol
Bu gün, 19:01

Yaponiyalı Kozo Taşima və Ramon Veqa, 2027-ci il FIFA prezidentliyi seçkilərinə İnfantino rəqibi kimi qoşuldu

Futbol
Bu gün, 18:59

Unay Emeri ilə müqavilə uzadılması üçün danışıqlar başladı

Futbol
Bu gün, 18:46

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına 8 namizəd müəyyən oldu

Futbol
Bu gün, 18:32

"Mançester Yunayted" Didye Deşamla əlaqə saxlayır

Futbol
Bu gün, 18:22

Braziliyada futbol oyunu zamanı futbolçunun pariki başından düşdü

Futbol
Bu gün, 18:21

Neftçi, 6 noyabrda Kəpəzlə qarşılaşacaq

Futbol
Bu gün, 18:18

Kriştianu Ronaldu yığma karyerasını başa vurmaq qərarını Federasiya Prezidentinə bildirdi, Jezuşdan gizlətdi

Minifutbol
Bu gün, 18:17

Elvin Quliyev: "Futsalda gənc oyunçulara şans veririk, inkişaf etməsini istəyirik"

Minifutbol
Bu gün, 18:07

Elvin Quliyev: “İlk hissə plan üzrə getdi, ikinci hissədə texniki səhvlər və təcrübəsizlik bizi məğlub etmədi, səhvləri düzəldəcəyik”

Futbol
Bu gün, 17:40

Qatar hökuməti 'Parc des Princes' stadionunu 2 milyard avro ilə yenidən qura bilər

Qarabağ FK
Bu gün, 17:30

"Qarabağ"ın və Azərbaycan millisi İspaniyalı yarımmüdafiəçisi Riçard Almeyda Bakıya qayıdıb

Oxşar xəbərlər