Xorvatiyanın "Varazdin" klubu Rüfət Abdullazadənin transferini rəsmən açıqlayıb. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb.
Rüfət yeni kluba keçidi ilə bağlı fikirlərini bölüşüb:
"Varazdin"ə qoşulduğum üçün çox şadam. Bu, karyeramda mühüm addımdır və öz töhfəmi vermək üçün tam motivasiyam var. İnanıram ki, burada bir oyunçu kimi irəliləyə bilərəm. Klub, şəhər və insanlar haqqında ilk təəssüratlarım son dərəcə müsbətdir. Göstərilən etimada görə minnətdaram və yeni çağırışa hazıram".
Qeyd edək ki, son olaraq "Səbail"də çıxış edən Abdullazadə karyerası ərzində "Sumqayıt" klubunda da oynayıb.