top
Ramin Musayevdən Avrokubok oyunları və Yurçeviçə Reaksiyası Idman.biz
25 iyul 2025, 19:20
- ↺ +

Ramin Musayevdən Avrokubok oyunları və Yurçeviçə Reaksiyası

"Qarabağ" və"Sabah" növbəti mərhələ şansını təmin edib. "Araz-Naxçıvan" dünənki kimi oynasa, rəqib meydanında ən azı heç-heçə edəcək. Bircə "Zirə" sual altında qalır, burada da baş məşqçinin rəqibi necə təhlil etməsi, yəni, zəif nöqtəsini tapması əhəmiyyətli olacaq".

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev deyib.

62 yaşlı keçmiş funksioner UEFA Çempionlar Liqasında "Qarabağ"ın İrlandiya "Şelburn"u ilə, Konfrans Liqasında isə "Zirə"nin Xorvatiya "Hayduk"u, "Araz-Naxçıvan"ın Yunanıstan "Aris"i və "Sabah"ın Moldova "Petrokub" ilə II təsnifat qarşılaşmalarında mərhələ şanslarını yüksək dəyərləndirib.

Musayev ilk oyunları izlədiyini deyib, gəldiyi qənaətləri diqqətə çatdırıb: "Təkcə "Sabah"ın oyununa baxa bilmədim. Sevindirici haldır ki, avrokubok təmsilçilərimizin 3-ü qələbə qazandı. "Zirə" yaxşı oynasa da, qələbəni əldən verdi. Yəqin ki, artıq rəqibi "oxudular". Burada əsas yük futbolçuların yox, baş məşqçinin üzərinə düşür. Rəşad Sadıqov rəqibi gördü, yaxşı hazırlaşsalar, qalib gələ bilərlər. Bir top fərqi o qədər də böyük deyil. "Qarabağ" demək olar, mərhələni keçmiş sayılır. 3:0 hesablı qələbə böyükdür. "Araz-Naxçıvan" 1 yox, 2-3 top fərqi ilə qələbə qazanmalı idi. Qismət, yenə də pis alınmadı. "Sabah"ın rəqib meydanında 2:0 hesabı ilə qalib gəlməsi yaxşı oldu. Görək, növbəti turlarda necə olacaq. Vacib məqam ölkəmizin reytinq cədvəlində irəliləməsidir. Bu da gələcək illər üçün böyük əhəmiyyət kəsb edir".

PFL-ın sabiq prezidenti püşkatmada ən çətin rəqiblə qarşılaşsa belə, qələbə ilə azarkeşlıri yaxşı mənada təəccübləndirən Naxçıvan təmsilçisinin performansını yüksək dəyərləndirib: "Araz-Naxçıvan"da Emar Baxşıyev sakit başla öz işi ilə məşğuldur. Düzdür, yaxşı futbolçu olub. Ulduz futbolçu olmasa da, bu gün ona ulduz məşqçi kimi baxıram. Ölkə çempionatında göstərdiyi nəticələrə əsasən arxayınam ki, mərhələni keçəcəklər".

Musayev "Zirə"nin müdafiə futboluna üstünlük verməsi fikirlərinə də münasibət bildirib: "Çox az hallarda görünür ki, müdafiəçi baş məşqçi olduqda hücumameyilli futbol oynatsın. Düşünürəm ki, Rəşad Sadıqovun komandası Bakıda pis təsir bağışlamadı. Nəticənin heç-heçə olması rəqibin gücü sayəsində baş vermədi. "Hayduk" "Zirə"dən bir baş üstün oynadı" demək düzgün olmaz. Sadəcə, bir amil həmişə önəmlidir. Yayda gözəl oyun nümayiş etdirmək istəyən komanda heyəti qışdan hazırlamalıdır. O oyunçular bir-birilərini başa düşməlidirlər. Bu amillərin hamısı bu gün nəticəyə təsir edir".

Musayev Rəşad Sadıqovun Nikola Yurçeviçin açıqlamasına cavab verməsinə də fikir bildirib: "O insan özü kimisə müzakirə edə bilər ki, nailiyyətləri danışdığı adamınkından çoxdur. Yurçeviç bizim futbola nə verdi ki, Rəşada nöqsan da bildirsin. Düz elədi Sadıqov, cavabını verdi. Amma daha az və dəyərli cavab verməli idi. Rəşad Sadıqovu qınamıram. Yurçeviç elə böyük adamdır ki?! Kimdir ki?! Havayı pulları talayanlardan biri olub".

Qeyd edək ki, ilk oyunlarda "Qarabağ" səfərdə "Şelburn"a 3:0, "Sabah" "Petrokub"a 2:0, "Araz-Naxçıvan" "Aris"ə 2:1 hesabı ilə qalib gəlib. "Zirə" isə "Hayduk"la görüşdə heç-heçə edib - 1:1.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Oxşar xəbərlər