Braziliyalı keçmiş hücumçu Ronaldo fransalı futbolçu Kilian Mbappe haqqında fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, "fenomen" "Real"ın və Fransa yığmasının forvardı ilə bağlı bunları deyib:
"Mbappenin oyun tərzi zirvədəki vaxtlarımı xatırladır. O, hazırda dünyanın ən yaxşı futbolçularından biridir və futbolun həqiqi varisidir".
Mbappe Fransa millisi ilə dünya çempionatında 3 oyunda 4 qol vurub.