"Real" gələn mövsüm Hendriki geri qaytaracaq. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, 19 yaşlı futbolçu bu ilin əvvəlində "Lion"a icarəyə verilsə də, "Kral klubu" müqaviləni uzatmaq niyyətində deyil.
Braziliyalı futbolçunun Fransa klubundan gələn təkliflərə baxmayaraq İspaniyaya qayıtmaq istədiyi, "Real"ın isə "Lion"la bu yöndə danışıqlar aparmayacağı bildirilir.
Qeyd edək ki, Hendrik "Lion"da olduğu müddətdə beş oyun keçirib, beş qol vurub və bir məhsuldar ötürmə edib.