top
Rauf Rüstəmli: Sumqayıtdan ayrılarkən Karvan-Yevlaxa keçəcəyimi bilirdim Idman.biz
30 yanvar 2026, 14:44
- ↺ +

Rauf Rüstəmli: "Sumqayıt"dan ayrılarkən "Karvan-Yevlax"a keçəcəyimi bilirdim"

"Oyuna daxil olanda komandam üçün ən yaxşısını etməyə çalışdım. "Sabah"dakı futbolçularla yaxşı əlaqəm var və sadəcə onlarla bir-birimizi görüb, gülümsədik".

Bunu "Karvan-Yevlax"ın futbolçusu Rauf Rüstəmli sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Sabah"a qarşı görüş sizin üçün necə alındı? Sizcə, bu matçda məğlubiyyətinizə əsas səbəb nə idi?

- Əslində, hamımız oyuna yaxşı hazırlaşmışdıq. Matçın çətin keçəcəyini də yaxşı başa düşürdük. Qış fasiləsindən sonra birinci oyunumuz idi. Məğlubiyyətini unudub, qarşıdakı matçlara hazırlaşacağıq.

- Erkən qollar buraxmağınızın səbəbi həyəcan idi, yoxsa "Sabah"ın təzyiqinin altından çıxa bilmədiz?

- Həyəcan deməzdim. Sadəcə rəqibin ustalığı, təzyiqi bizi səhvlərə məcbur etdi. Ancaq qarşıdakı matçlarda bu səhvləri aradan qaldıracağıq. İşləyirik.

- Müqavilə ilə məxsus olduğunuz komandaya qarşı oynayırdınız. Bu görüş özünüz üçün necə alındı? Meydana daxil olanda deyəsən "Sabah" oyunçuları sizi xoş qarşıladı və kiməsə baxıb gülürdünüz?

- Oyuna daxil olanda komandam üçün ən yaxşısını etməyə çalışdım. "Sabah"dakı futbolçularla yaxşı əlaqəm var və sadəcə onlarla bir-birimizi görüb, gülümsədik. Onlara da uğurlar arzulayıram.

- Maraqlıdır, qışda "Sabah"da qala bilməzdiniz? Yoxsa daha çox oynamaq üçün oradan ayrıldınız, ola bilər ki, Valdas Dambrauskas sizi istəmədi?

- Əslində, "Sumqayıt"dan ayrılan zaman "Karvan-Yevlax"a keçəcəyimi bilirdim. Bu addımı daha çox oynamaq üçün atdım. Allah qoysa, uğurlu olar.

- "Karvan-Yevlax" hazırda I Liqaya düşə biləcək əsas namizəd hesab edilir. Sizcə, komanda bunun qarşısını necə alacaq? Çünki komanda demək olar ki, stabil olaraq uduzur..

- Qarşıda hələ çox oyun var. Düzdür, hazırda turnir cədvəlində sonuncu pillədəyik. Lakin bu vəziyyətdən çıxa bilərik. İnanıram ki, turnir cədvəlinin sonuncu pilləsindən çıxacağıq.

- Komanda bu gün mövsümün ilk yarısında formasını geyindiyiniz "Sumqayıt"la qarşılaşacaq. Onları məğlub etmək mümkün olacaq?

- "Sabah"la görüşdən sonra həftəboyu bu oyuna hazırlaşmışıq. Öz evimizdə, azarkeşlərimizin qarşısında oynayacağıq. Komandamın bu oyuna hazır olduğunu düşünürəm. Hər halda, qalibiyyət üçün ən yaxşısını edəcəyik. Allah qoysa, qələbəni qazanarıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Oxşar xəbərlər