İspaniyalı Rafael Benites Əlcəzair millisinin yeni baş məşqçisi ola bilər. O, bu postda Vladimir Petkoviçi əvəz edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Romen Molina "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, Əlcəzair Futbol Federasiyası 66 yaşlı ispaniyalı mütəxəssisi prioritet namizəd hesab edir. Joze Pezeyro və Roberto Martinez də namizədlər siyahısındadır.
Qeyd edək ki, Benitesin son iş yeri "Panatinaikos"da olub. O, Yunanıstan klubundan 2026-cı ilin may ayında ayrılıb. Əvvəllər ispaniyalı məşqçi yalnız klub səviyyəsində məşqçilik edib.