top
Qurban Qurbanovun riyaziyyat müəllimi: O, intizamlı və təvazökar şagird idi - MÜSAHİBƏ Idman.biz
10 mart 2026, 13:13
- ↺ +

Qurban Qurbanovun riyaziyyat müəllimi: "O, intizamlı və təvazökar şagird idi" - MÜSAHİBƏ

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının 23-cü tur matçından sonra maraqlı açıqlaması ilə diqqət çəkib.

54 yaşlı mütəxəssis mətbuat konfransına gecikməsinə səbəb kimi orta məktəbdə ona riyaziyyatdan dərs demiş Gülnaz müəllimlə 30 ildən sonra görüşməsini göstərib.

sportnet.az həmin müəllimdən - Gülnaz Hacıyevadan müsahibə alıb.

- Qurban Qurbanov necə şagird olub?

- Çox gözəl, intizamlı, layiqli, təmkinli, təvazökar, məsuliyyətli, ağıllı şagird olub. O, məktəbin sevilən şagirdi, mən isə onun sevilən müəllimi olmuşam. Qurban Qurbanov əvvəlcə Aşağı Tala kənd 5 saylı orta məktəbdə təhsil alıb. Həmin məktəb natamam (o vaxtlar 8 illik, indi isə 9 illik - red.) olduğundan, təhsilini 3 saylı tam orta məktəbdə başa vurub. IX və X siniflərdə (indiki X və XI siniflərdə) riyaziyyat fənnini - cəbr və həndəsəni ona mən demişəm.

- Onun bu cür çətin fənlərə marağı hansı səviyyədə idi?

- Qurban riyaziyyatı sevirdi. Halbuki, bu fənni hər insan öyrənə bilmir. Lakin onun gözəl həndəsi biliyi var idi. Eyni zamanda futbolçu kimi yarışlara da gedirdi. Bir dəfə həndəsi fiqur düzəltməyi tapşırmışdım. Yağışlı gün idi, amma o, hazırladığı piramidanı paketdə gətirərək, mənə təqdim etdi və yarışa getdi. Bax, bu qədər intizamlı şagird idi Qurban.

- Cəmi iki il birlikdə olduğunuz halda, necə alındı ki, Qurban Qurbanov sizin üçün sevimli şagirdə çevrildi?

- Qurban yuxarı siniflərdə sinif yoldaşları, məktəblilər arasında seçilən şagird idi. İndiki kimi intizamı və təvazökarlığı ilə fərqlənirdi. Bütün yarışlara gedirdi. Amma elə bir dərs olmazdı ki, yayınsın və gəlib qarşımda oturmasın.

- Qurban Qurbanovla uzun illərdən sonra görüşünüz necə alındı?

- Biz sonradan ailəliklə Bakıya köçmüşük və hazırda paytaxtda yaşayırıq. Özüm "Qarabağ"ın bir çox oyununu stadiondan izləmişəm. Amma bu müddətdə heç vaxt Qurbanla görüşməmişdik. Martın 8-də isə uzun illərdən sonra təsadüfən görüşdük. Biz ailəliklə Qurbanı sevirik. O da müəlliminin stadionda olduğunu bildi. Özünə xəbər çatdıqda oyundan sonra görüşdük. Halbuki mətbuat konfransına getməli idi. Bu səbəbdən, görüşümüz tələsik oldu və birlikdə şəkil çəkdirə bilmədik. Əvvəllər "Qarabağ"ın oyunlarında dəfələrlə olsam da, bunu özünə bildirməmişəm. Bu dəfə bildikdə mətbuat konfransını gecikdirərək, mənimlə görüşməyə qərar verdi.

- Ailənizdə futbola maraq hansı səviyyədədir?

- Oğlum vaxtilə futbolçu olub, Qurban Qurbanovun ilk məşqçisi Şaban Şirdanovun rəhbərliyi altında çıxış edib. Hətta tətillər vaxtı Qurbanla da oynayıb. Düzdür, futbolla bağlı arzuları ürəyində qalıb, amma bir azarkeş kimi futbola sevgimiz var. Bir dəfə Qurban Qurbanovun futbolçu kimi vida matçına gəlmişdik. Özümüzlə böyük gül dəstəsi də gətirmişdik. Gül dəstəsini özünə çatdırılması üçün göndərdim. Özüm oyunlarında çox olmuşam, amma stadionda olduğumu deməmişəm. İllərdir stadionlarda oyunlarını izləyirəm. Qardaşları Musa və Maarifi də çox yaxşı tanıyıram. Biz Qurbanı çox istəyir, onunla fəxr edirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər