top
Qurban Qurbanov Sabahla oyundan sonra: Oyunçularımı daha da incələməliyəm Sport24.az
18 aprel 2026, 22:55
- ↺ +

Qurban Qurbanov "Sabah"la oyundan sonra: Oyunçularımı daha da incələməliyəm

"Sabah"ı təbrik edirəm. Onlara uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Əvvəlki oyunlar daha bolqollu olmuşdu. Bu gün də yaxşı mübarizə oldu, sonluqlar çatmadı. Daha yaxşı oynamalıydıq, daha yaxşı oynaya bilərdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. "Sabah" qalibiyyəti haqq etdi. Qarşıda sıx qrafikimiz var. Pozitiv notlarla irəliyə baxmalıyıq. Komandanın əvvəlki istəyini,oyun intizamını geri qaytarmalııq. Bəzi oyunçuların performansında çatışmazlıqlar var idi. Məşqlər pis getmir. "Sabah" və bizə uğurlar arzulayıram".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 28-ci turunun "Sabah"la(0:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

 

 

O, jurnalistlərin suallarını da cavablandırıb:

 

- Bəzi futbolçularda meydanda sürüşürdü, Kadi, Zubir, Kevin Medina. Nə ilə bağlı idi?

- Onlara deməmişdim sürüşəsiniz(gülür). Bəlkə onlar olan yer sürüşkən idi. Daha möhkəm dayanmaq lazımdır.

 

- Elvin, Abbas, Sami, bu futbolçular ikinci komandaya göndərilib. Növbəti oyun üçün rəqibləri analiz edirsiz . Bu qədər yüklənmənin fonunda bezdiyin, yorulduğunuz an olur? Özünüzü necə hiss edirsiz?

- Məşqçi olaraq yorulmağı düşünməli deyiləm. Bəli, bir az çatışmazlıqlar, gərginliklər var. Səbəb olaraq deməki stəmirəm. ÇL-də yaxşı nəticələr oldu. Yenidən çempionata toparlana bilmədilər, öz tempimizi geri qaytara bilmədik. Burada bəzi səbəblər var. Sıx qrafik var.Sanki daha çox bir yerdə məşq etməyimizə ehtiyac var idi. Amma neçə ay idi 3-4 gündən bir oyuna çıxırdıq. Oyun keyfiyyətimiz əvvəlki kimi deyildi. Səbəb deyil. Bizə mane olan tərəflərdən biridir. İllər boyu bu cür oynamışıq. "Sabah" daha aktivdir, kompleks olaraq daha hazırlıqlıdırlar. Çempionatda get-gedə hamı bir-birini tanıyır. Bir komandaya qarşı bir neçə oyun keçirdikdə, ona qarşı daha inamlı olursan. Çempionatda komandalar öz qabiliyyətlərini yaxşılaşdırılar, biz çempionata istədiyimiz kimi hazır ola bilmədik. Sanki fikir ÇL-ə köklənmişdi. Hər iki cəbhədə öz oyunmuzu qoruyub-saxlaya bilmədik. Görünən odur ki, mən yox, kollektivdə psixoloji olaraq yorğunçuluq var. Normal haldır. Dünya təcrübəsində də var. Bir məşqçi olaraq, önə pozitiv baxmalıyıq. Çatışmazlıqları aradan qaldırmalıyıq.

 

- Elvin Cəfərquliyevi bağışlamaq olar?

- Hələ ki bilmirəm. Bu günə kimi bağışlaya-bağışlaya kimi gəlmişik. Özümüz də bu yolu keçmişik, özümüz də futbolçu kimi səhv etmişik, cərimələnmişik. Bundan nəticə çıxarmışıq. Oyunçular ayrı-arılıqda bu cür rəqiblərə qarşı, bu cür yükün altına girməyi düşünmürlər ki, bizi qarşıda hansı vacib oyunlar gözləyir. Məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox detallar var. İlk hal deyil, bəzi oyunçuları cərimələmişik. Qarşıdakı gedişata baxacağıq. Çox futbolçunu bu günə qədər bağışlamışıq.

 

 

- Elvin Cəfərquliyev demişdi ki, düzəlməsən, səni komandadan göndərəcəm. İndi də əvəzedici heyətə göndərəcəksiz. Onun problemi nədir? Nəyə görə bu dəfə belə qərar verdiz?

- Sevindirici tərəfi odur ki, nə var onu danışıb, onu deyib. Söhbətimiz olmağı, filan..İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunu belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin üçün orada oturma, burada otur, o çağrsın-bu çağırsın... ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyun o demək deyil ki, missiyan tamamlandı. Bu, "Qarabağ" klubudur. 1-2 oyun udursan, bir xal sənə mane olur. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı "Qarabağ"dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özlərinə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək, çempionatı belə yola verməli deyilik. Bu gün mən oyundan razı qalmadım. Uduzduğumuz əvvəlki matçdan razı qalmışdım. Bu günkü oyun üçün 4-5 məşq birlikdə etmişdik. Bəlkə, oyunçularımı daha da incələməliyəm, yaşam tərzini, ya hərtərəfli..

 

-  Sami Mmae "Dinamo"ya geri qayıdıb?

- Onu əvəzedici heyətə göndərmişdik. Klubu ilə razılığa gəliblər. Zaqrebə hələ qayıda bilməz. Razılığa gəldik ki, bizim əvəzedici heyətdə məşq etməyə də bilər. Qarşılıqlı imza atılıb ki bir-birimizə etirazımız yoxdur.

 

- "Qarabağ"ın "Sabah"la kubok oyunundan nə gözləyirsiz?

- Hansısa dəyişikliklər böyük ehtimalla olacaq. Çox hazırlıqlı komandaya qarşı oynayacağıq. Nələrisə dəyişəcəyik. Sona qədər mübarizə aparacağıq.

 

- "Qarabağ"ın çempionluğu əldən verməsi azarkeşlərin etirazına səbəb olub. Əsasən də sosial şəbəkələrdə...

- Hansısa etirazı eşitmədim. Əksinə, 89-90-cı dəqiqələri azarkeşlərin hamısı...Sosial şəbəkələrdə kimlər yazır bilinmir. Bizim azarkeşlərimiz xeyli saydadır, stadiona gələn və gəlməyən də var. Daim bizim yanımızda olan azarkeşlərimiz var. Mənə neqativ bir şey gəlib çatmayıb. Azarkeşlərimiz böyük təcrübəyə sahibdirlər. Onların baxış bucağı fərqlidir. Onlar bilirlər ki, 3-4 il uğur varsa, sonra hansısa dəyişiklik ola bilər. Etiraz varsa da, bu da normaldır. Hansısa fikir bildirmək niyyətində deyiləm. Hamısı özümüzünkülərdir.

 


- Bir neçə gün əvvəl doğum gününüz oldu. Özünüzə nə arzu etdiniz?

- Doğum gününə görə özümə nəsə arzu etmirəm. Allahıma şükür etmişəm ki, dünyaya gəlmişəm, yaşayıram. Sağlamlıq arzulayıram həmişə.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:03

Həvəskarlıqla böyük idman arasında: Azərbaycanda qayayadırmanma necə inkişaf edir? - İDMAN.BİZ-in REPORTAJI - FOTO

Digər
Bu gün, 14:59

Türkiyənin 4 nəhəng klubu cərimələnib

Digər
Bu gün, 14:50

Kanaki və Maohi Nui komandaları Bakıda

Qarabağ FK
Bu gün, 14:48

“Sabah” – “Qarabağ”: Mərdəkanın yeni “Sabah Arena”da köhnə rəqabət və liderlik mübarizəsi – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 14:41

Sabah futbol komandası baş məşqçisi Valdas Dambrauskas ildə 50 kitab oxuyur

Futbol
Bu gün, 14:40

Kəpəz – Şəfa matçı kinoteatrda nümayiş olunur

Digər
Bu gün, 14:33

Azərbaycanlı namizəd dünya güləşinin prezidentliyinə iddialıdır: Namiq Əliyev kimdir?

Digər
Bu gün, 14:26

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Qarabağ FK
Bu gün, 14:25

“Qarabağ”ın sabiq hücumçusu oyunda kütləvi davaya səbəb oldu - VİDEO

Digər
Bu gün, 14:20

“Azərbaycan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır”

Futbol
Bu gün, 14:05

Koy-Leons Mikelsin "Borussiya Mönhenqladbax"a şəxsi arzusuna baxmayaraq, clubdan rəsmi transfer təklifi olmamışdır

Qarabağ FK
Bu gün, 13:53

“Turan Tovuz”un hücumçusu İbrahima Vadji Fransa mediasında ön plandadır - FOTO

Digər
Bu gün, 13:44

“Sabah”ın müdafiəçisi Bakıda Lamin Yamalı meydanda rahat buraxmayacağına söz verdi

Digər
Bu gün, 13:40

"Ayntraxt" sabiq futbolçusunu idman direktoru postuna dəvət etmək istəyir

Digər
Bu gün, 13:20

"Nyukasl"ın sabiq baş məşqçisi "Mançester Yunayted"in "sükanı arxasına" keçə bilər

Digər
Bu gün, 13:17

“Şəfa”nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalandırıldı

Formula 1
Bu gün, 13:14

Avstraliya Qran-prisində kenqurunun trasda peyda olması MotoGP məşqini dayandırdı

Digər
Bu gün, 13:13

İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb

Futbol
Bu gün, 13:06

FİFA U-15 Dünya Çempionatına ev sahipliyi edən Hövsan Yarış Kompleksi hazırdır

Futbol
Bu gün, 13:00

Zirə Sumqayıtı 22 oyunda məğlub edə bilmədi

Futbol
Bu gün, 12:59

Tacikistanlı futbolçu Hüseynconi Bobocan: “Bakıda dünya çempionatı üçün hazırlanan meydançalar gözəldir”

Futbol
Bu gün, 12:50

Sumqayıtın kapitanı İsa Sülumbra U-15 komandasının məşqində iştirak edib

Qarabağ FK
Bu gün, 12:45

“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub

Digər
Bu gün, 12:40

ABL: IV turun ilk mtçında "Sabah" NTD-yə qarşı

Oxşar xəbərlər