top
Qurban Qurbanov: Beşiktaş məsələsi daha az müzakirə olunsa, çox sevinərəm Sport24.az
24 aprel 2024, 22:41
- ↺ +

Qurban Qurbanov: "Beşiktaş" məsələsi daha az müzakirə olunsa, çox sevinərəm

"Futbolçularımı təbrik edirəm. Finala vəsiqə qazandıq. Ölkə kuboku əlavə prestijdir. Hər bir futbolçu kuboku qazanmaq istəyər. Oyundan ümumən razı qaldım. "Neftçi"yə uğurlar arzulayıram".

Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi"yə qarşı baş tutan görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Yayda edə biləcəklərinizi indidən sınaqdan keçirməyi düşünürsüz?

- Böyük dəyişiklik etmək fikrində deyilik. Öz düşündüklərimizi daha da yaxşılaşdırmaq, tezləşdirmək istəyirik. Məşqlərdə çalışırıq, oyunçulardan da tələb edirik. Nəyisə təkmilləşdirmək şansımız varsa, komandadan bunu tələb edirik. Sistem dəyişikliyin tərəfdarı deyiləm. Sadəcə oyunun gedişatında əlavə kombinassiyalar, əlavə rotasiyalar edirik. Amma çox da futbolçuların fikirlərini yayındırmaq istəmirəm. Əvvəl rəqibə oynamağa imkan verməməliyik, sonra da düşündüklərimizi reallaşdırmalıyıq. Qarşıda əlavə nəsə etmək istəsək, istifadə edəcəyik.

- Andrey Lunyov komandada qalacaq?

- Burada hansısa problem görmürəm. Futbolçuların çoxunun bizimlə müqaviləsi var. Klub razılıq verməsə, harasa getmələri baş tutan məsələ deyil. Ola bilər ki, həvəssizlik olsun. Amma hamısı bizim oyunçulardandır. Rəsmi olaraq təklif yoxdur. Narahat olası bir şey görmürəm.

- İki oyuna "Neftçi"yə 8 qol vurdunuz. Kənardan elə görünürdü ki, "Qarabağ"ın oyunçuları meydanın mərkəzindən keçərək daha baxımlı qol vurmaq istəyirdi..

- Rəqib hansı zonadan daha çox imkan verirsə, ondan istifadə etməyə çalışırıq. Oyunun mərkəzindən daha tez hücuma keçmək oyunumuzun elementlərindən biridir. Çox keyfiyyətli olur. Rəqib imkan verdiyi qədər bundan istifadə etmək istədik. Bu günkü futbol bunu çox tələb edir.

- Musa Qurbanlının "Qarabağ"a qayıtmaq ehtimalı var? "Yurqorden"də çox da oynamır...

- Hələ ki, müzakirə mövzusu deyil. İsveçdə ilk dövrə yeni başlayıb. Bizim fikrimiz sırf qarşıdakı oyunlara yönəlib. Transfer pəncərəsi gələndə, başqa transferlər də müzakirə mövzusu olacaq. Ondan sonra nəsə demək olar.

- Son günlər yeni mövsüm Premyer Liqada klub sayının artırılacağı gündəmdədir. İK-nin üzvü kimi sizin fikriniz necədir?

- Bəlkə burada nəsə fikir bildirmək yanlış olar. Əvvəl də demişdim ki, klub sayının artması mütləq lazımdır. Amma ondan da vacibi keyfiyyətdir. Məsələn, say artdı, amma birinci dövrənin ortasında komandanın stadionu, imkanı, bazası, şəraiti olmayacaqsa, böyük problemlərlə üzləşə bilərik. İşi görürüksə, keyfiyyətli görməliyik. Tam ətraflı məlumatım yoxdur. Hər bir halda, tərəfdarıya ki, komanda sayı çoxalsın. Onda azarkeş sayı da çoxalacaq, futbola sevgi artacaq. Komanda sayının artmasından öncə, bəzi elementlər haqda mütləq düşünmək lazımdır. Əgər belə şey müzakirə olunacaqsa, tərəfdarı olacam ki, komanda sayı artırılsın.

- Türkiyə mətbuatı "Beşiktaş"ın baş məşqçi postuna ən real namizəd kimi sizi göstərir...

- Bu suallar çox olur. Fikir bildirmək düzgün olmaz. Fikrimin yayınmasına ehtiyac yoxdur. Normal prosesdir. "Qarabağ"dayam, bu kluba bağlıyam. Məncə, özümüz də az müzakirə etsək, daha yaxşı olar. Ayyarımdır gah o klub, gah bu klub..Bu cür fikirlərdən uzaq olmağa çalışıram. Həmişə xoşlamışam ki, qərar qəbul olunsun və ondan sonra fikir bildirim. Sizə həqiqi məlumatı çatdırım. Yoxsa, biri ordan, biri burdan...Çox da ucuzlaşdırmaq lazım deyil. Bu gün "Qarabağ"dayam və bu klub haqda düşünürəm. Burada daha da böyümək, daha da yaxşı nəticələr vermək lazımdır. Azərbaycan futbolu haqda daha çox düşünmək lazımdır. "Beşiktaş" məsələsi daha az müzakirə olunsa, çox sevinərəm.

- Türkiyə mətbuatı sizi müzakirə edir...

- Sağolsunlar. Bu mənim yox, Azərbaycan futbolunun tanınması, futbolumuza marağın artması deməkdir. Qardaşlarımıza ancaq təşəkkür edə bilərik.

- Finalda Rəşad Sadıqovla üz-üzə gələcəksiz. Buna müəllim-şagird qarşılaşması demək olar?

- Meydanda bir-birimizə rəqibik. Çox yaxın dostuq. Amma müəllim - şagird söhbəti aramızda olmayıb. Nəinki Rəşadla, digər futbolçularla da. Bəli, mənə müəllim, hoca deyirlər. Amma bu, bir peşəkar işdir, sənətdir. Bu gün Rəşad özü komandanı idarə edir, özü öz düşüncələrini həyata keçirmək istəyir. İki dostun qarşılaşması olacaq. Bundan əvvəl də maraqlı finalımız olmuşdu. Penaltilərlə qalib gəlmişdik. Əminəm ki, bu oyun da azarkeşlər üçün maraqlı olacaq.

- İcraiyyə Komitəsininin üzvü kimi cavab verərdiz. Milli komandanı uğura yerli, yoxsa xarici məşqçi apara bilər?

- Burada tək fikir bildirməyim düzgün olmaz. İlk iclasımızda bu haqda müzakirəmiz olmadı. Amma eşitdiyim qədərilə bu məsələ həll olunub. Böyük ehtimalla danışıq aparılan məşqçilər var və bildiyim qədərilə legionerdir. Sizdə nə məlumat varsa, məndə də odur. Burada ayrıca fikir bildirməyim düzgün olmazdı. Bəlkə İK-nin üzvü olmasaydım, daha rahat fikir bildirərdim.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:40

Zidan: Gələcəkdə “Yuventus”u çalışdırmaq istəyirəm

Futbol
Bu gün, 14:34

Millətlər Liqası: İtaliya - Fransa qarşılaşması, Keynin rekordu və C Liqasında yüksəlmə yarışları

Olimpiada
Bu gün, 14:20

Azərbaycan komandası Dakar Yüngül Olimpiada medal sıralamasında 12-ci yerə gerilədi

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Oxşar xəbərlər