top
Qurban Qurbanov Neftçi ilə oyundan sonra: Yorğunluq var idi, həmişə çempion olası deyilik Sport24.az
30 aprel 2026, 22:45
- ↺ +

Qurban Qurbanov "Neftçi" ilə oyundan sonra: Yorğunluq var idi, həmişə çempion olası deyilik

Misli Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" – "Qarabağ" oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

 

– "Neftçi"ni təbrik edirəm. Qarşımızda əzmkar, istəkli rəqib var idi. Futbolçularıma da təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Futbolda belə hallar olur. Qələbə "Neftçi"nin haqqı idi. İlk oyundan sonra da demişdim ki, bu matç daha çətin keçəcək.  Stadionda yaxşı atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm. Düzü, bizə istirahət lazımdır, amma qarşıda oyunlarımız var. Çempionlar Liqasından uzaqlaşsaq da, hələ sıx qrafikdəyik. Futbolçularım üçün çox yaxşı, təcrübəli il oldu. Onu da qeyd edim ki, ağır bir mövsüm keçirdik. Məğlubiyyətlər də oldu, amma yenə də futbolçulara təşəkkür edirəm.

 

– "Neftçi"yə qarşı iki fərqli oyun oldu. Sizcə, ilk matçdakı məğlubiyyətin onlara motivasiya baxımından necə təsir etdi?


– "Neftçi"nin daha hazırlıqlı olacağını gözləyirdik. Bu dəfə ciddi və motivasiyalı idilər.

 

– İlk oyundakı böyükhesablı qələbəniz futbolçularda rahatlıq yaratmadı?


– Ola bilər, ancaq çalışdıq ki, oyunçular bu haqda çox düşünməsin. "Neftçi"nin keyfiyyətli, sürətli futbolçuları var. Komandam nə qədər köklənməyə çalışsa da, rahatlıq oldu. İlk dəqiqələrdən bunu hiss etmək mümkün idi.

 

– Montielin zədəsi oyuna necə təsir etdi?


– Gözlənilməz dəyişiklik oldu. Oyundan əvvəl planlarımız fərqli idi. Bu gün Pedro Bikalyonu ehtiyatda saxladıq, çünki son 9 oyunda daim meydanda qaldı. Montielə çox şans vermək istədik, amma o da zədə aldı. Planlarımızda olmayan əvəzetmələr etdik. Sonradan oyuna daxil olan futbolçular da pis təsir bağışlamadı. Futbolda son dəqiqə qolları azarkeşlərin gözlədiyi anlardandır. Bu gün "Neftçi"nin günü idi.


– "Sabah" ilk dəfə çempion oldu. Bu haqda nə deyə bilərsiniz?


– Onları təbrik edirəm. İstənilən komandamızın uğurlarını qeyd etməliyik. Son bir ayı, ay yarımı götürsək, çempionatın bütün matçları sıx qrafikdə alındı. "Sabah"a 3, "Neftçi"yə qarşı 2 oyun keçirdik. Həm azarkeş, həm oyun tempi baxımından fərqli oldu. İlboyu olan yorğunluğa baxmayaraq, bu matçlarda yaxşı təsir bağışladıq. Nəticələrin dəyişməsi futbol kütləsinin də sayını artırır. Bu, intriqanın böyüməsinə, məsuliyyətin çoxalmasına səbəb olur. "Sabah"ı bir daha təbrik edirəm.

 

– İkinci pilləni itirmək təhlükəsi sizi narahat etmir?


– Qarşıda "Turan Tovuz"la matç var. Onlar da yaxşı hazırlaşıb, narahatlıq normaldır. Bu il futbolçularım böyük xarakter göstərib. İnanıram ki, onlar yenə maksimumu edəcəklər.

 

– Bu mövsüm çempion ola bilməməyinizin səbəbini nədə görürsünüz?


– Bir neçə səbəb var. Ola bilər ki, çempionata tam hazırlaşa bilmədik. Digər tərəfdən, Çempionlar Liqası bizi çox yordu, həqiqətən. Bəzi detallar da var. Oyunçulara ümumi təkliflər, onların diqqətinin yayınması və s. Bunları qabartmağa ehtiyac yoxdur, amma motivasiyaya təsir edirdi. Eyni zamanda, qarşımızda yaxşı "Sabah" var idi. Bütün diqqətlərini çempionata yönəltmişdilər. Demək olar, hansısa oyunda boşluqlar vermədilər. Bəlkə də, bu çempionata tam hazır deyildik. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik. İstənilən ölkədə bu hallar olur. Bəzi nüanslar var, bunları düzgün təhlil etməliyik. Çempion ola bilməməyimizi qəbul edirəm. Futbolçuların hansı əziyyəti çəkdiyini anlayıram. Bu mövsüm rəqiblər çox istəkli idilər. İstər "Neftçi", istər "Sabah", istər "Zirə". Onlar da hədəflərinə çatmaq üçün böyük işlər gördülər. Bu mövsümdən nəticə çıxarıb, qarşıdakı illərə hazırlaşacağıq. Ümumi baxanda isə futbolçulardan razıyam.

 

– Yayda klubda ciddi dəyişikliklər gözlənilir. Hazırda transfer məsələləri ilə bağlı durum nədir?


– Danışıq apardığımız futbolçular çoxdur. İşimizin 60-70 faizini transfer məsələlərinə yönəltmişik. Dəyişikliklərə ehtiyac var. Nə qədər alınacağını bilmirəm. Hər şey istədiyimiz kimi olsaydı, çalışmaq da rahat alınardı.

 

– Bəzi futbolçular son oyunlarda performans baxımından artırıb. Hansısa oyunçu var ki, onlarla bağlı fikriniz dəyişib?


– Hələ bir şey yoxdur. Milli komandalarda oynayan futbolçular da çox yorulurlar. Marko Yankoviçə istirahət verəndən sonra özünə gəldi, performansını bərpa etdi. Bir neçə oyunçu haqda təxmini düşüncələrimiz var. Məsələn, kimlərinsə getməsi normaldır. Lakin müqavilələri olanlar var və onlarla da razılaşmalıyıq.

 

– Elvin Cəfərquliyevlə bağlı son durum nədir?


– Hələ yenilik yoxdur. Planımı tam tutmamışam. Qarşıda bir neçə oyun var.

 

– Onunla görüş planlaşdırırsınız?


– Hələ ki, görüşməmişik.

 


– Abbas və Elvin əvəzedici komandaya göndərilsə də, orda da oynamır.


– İstəsələr, oynaya bilərlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər