"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair milli komandasına dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə Əlcəair Futbol Federasiyası məlumat yayıb.
Vladimir Petkoviçin 25 nəfərlik siyahısında Benzia da yer alıb.
Benzia DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Qvineya (6 iyun) və Uqanda (10 iyun) matçlarında komandasına kömək edə bilər.