Azərbaycan kubokunun iyunun 2-də keçiriləcək final oyunu öncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib. Sport24.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Amma görüşdən bir gün əvvəl yalnız bir komanda açıq məşq edəcək. Qəsəbə təmsilçisinin media üçün açıq məşqi saat 18:00-da başlayacaq. "Qarabağ" isə açıq məşq etməməyə qərar verib.
Nominal meydan sahibi Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 16:30-da başlayacaq. "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqov jurnalistlər önünə 17:30-da çıxacaq.
Qeyd edək ki, oyunöncəsi mətbuat konfransları və açıq məşq "Liv Bona Dea Arena"da baş tutacaq.