"Qalatasaray" Türkiyə Superliqasında 2023/2024 mövsümünün çempionu olub. Sport24.az xəbər verir ki, Okan Burukun yetirmələri son turda "Konyaspor"u 3:1 hesabı ilə məğlub ediblər.
"Qalatasaray" ardıcıl 2-ci dəfə, tarixində isə 24-cü dəfə Türkiyə "qızıl" qazanıb. Komanda mövsümü 102 xalla başa vurub. "Fənərbaxça" 99 xalla 2-ci olub. "Üçlüy"ü isə 67 xalla "Trabzonspor" qapayıb.
Türkiyə Superliqası
38-ci tur
"Adana Dəmirspor" – "Başakşəhər" – 2:6
"Hatayspor" – "Rizəspor" – 2:0
"Pendikspor" – "Qaziantep" – 0:1
"Trabzonspor" – "Ankaragücü" – 4:2
"Kasimpaşa" – "Beşiktaş" – 2:1
"Fənərbaxça" – "İstanbulspor" – 6:0
"Konyaspor" – "Qalatasaray" – 1:3