"Barselona" maliyyə problemlərinə görə yeni məşqçilər korpusunu qeydiyyatdan keçirə bilmir. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 2 gün əvvəl Kataloniya təmsilçisi Hans-Diter Fliki baş məşqçi təyin edib.
Buna səbəb isə Kataloniya təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozmasıdı. Klub maliyyə limitini aşmamaq üçün ilk növbədə əlavə xərclərdən qurtulmalı və futbolçu satışından pul qazanmalıdır.
O da bildirilir ki, "Barselona" bir neçə futbolçusunu da növbəti mövsüm üçün qeydiyyatdan keçirə bilmir.