top
Qarabağın keçmiş hücumçusu komanda yoldaşları haqda: Ən tənbəl, ən dalaşqan, ən simic və ən bədxərc futbolçu kim olub? - MÜSAHİBƏ Idman.biz
23 mart 2026, 15:30
- ↺ +

"Qarabağ"ın keçmiş hücumçusu komanda yoldaşları haqda: Ən tənbəl, ən dalaşqan, ən simic və ən bədxərc futbolçu kim olub? - MÜSAHİBƏ

"Ramal Hüseynovun heç vaxt cibində pulu qalmırdı. Bu gün maaşı alırdı, səhərə pulu qalmadığı vaxtlar olurdu".

Bunu "Qarabağ"ın keçmiş hücumçusu Samir Musayev futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Karyeranız ərzində birgə oynadığınız futbolçulardan ən istedadlısı kim olub?

– Mənə görə, Ruslan Musayev və Renat Abdaşov Azərbaycanda yerli futbolçular arasında ən potensiallı oyunçular olublar. Əfsuslar olsun ki, zədə Renatın, başqa amillər isə Ruslanın karyerasının qarşısını aldı.

– Birgə oynadığınız futbolçulardan ən çalışqanı kim olub?

– Aslan Kərimov. Mən indiyə kimi ən çalışqan və intizamlı futbolçu kimi Aslanı görmüşəm. Bu adam məşq etməkdən yorulmurdu. Bütün işlərini də maksimal səviyyədə görürdü. Hələ də elə çalışqan futbolçu görməmişəm.

– Birgə oynadığınız ən tənbəl futbolçu…

– Elçin Rəhmanov. Onunla ən çox gənc vaxtlarımda yığma komandalarda bir yerdə oynadım. Qaçmaqla heç arası yox idi (gülür). Amma çox texnikalı idi.

– Keçmiş komanda yoldaşlarınız arasında ən ciddisi, zəhmlisi kim olub?

– Yenə Aslan Kərimovun adını çəkəcəm. Aslan çalışqan olmasından əlavə məşqlərdə çox ciddi idi. Gənc futbolçular ondan çəkinirdilər və məşqə ciddi yanaşmağa məcbur olurdular.

– Birgə oynadığınız ən zarafatcıl futbolçu…

– Mübariz Orucovla bir yerdə oynamaq çox maraqlı idi. O, yanımızda olanda heç vaxt darıxmırdıq. Atmacalı sözləri, zarafatları ilə həmişə bizi güldürürdü.

– Bir yerdə oynadığınız futbolçulardan ən dalaşqanı kim idi?

– Ramal Hüseynov. Onun xarakteri elə idi. Bəlkə də, oynadığı komandalarda ən çox qırmızı vərəqə alan futbolçu olub. Elə olurdu ki, "qırmızı" alırdı, iki oyun buraxırdı və qayıdanda bir də "qırmızı" alırdı. Rəqib oyunçu ilə, hakimlə dalaşırdı.

– Sabiq komanda yoldaşlarınız arasında ən çox pul xərcləyən, yəni bədxərc kim olub?

– Ramal Hüseynovun heç vaxt cibində pulu qalmırdı. Bu gün maaşı alırdı, səhərə pulu qalmadığı vaxtlar olurdu. Pulu hara gəldi xərcləyirdi. Bir də Namiq Həsənov çox bədxərc idi.

– Bəs birgə oynadığınız ən simic futbolçu…

– Sergey Sokolov. Bir yerdə oynadığımız müddətdə onun pul xərclədiyini görmədim. Bəlkə də hamısını evinə göndərirdi, ona görə pulu qalmırdı. Digər legionerlər nəyəsə pul xərcləyirdi, Sokolov isə yox.

– Birgə oynadığın futbolçulardan ən savadlısı kim olub?

– Cahangir Həsənzadə futbolçu vaxtından çox savadlıdır. O vaxt mobil telefon, planşet-filan yox idi. Amma Cahangir yenə də oxumaqla məşğul idi.

– Sabiq komanda yoldaşların arasında ən çox kim yalan danışırdı?

– Namiq Həsənov. Onunla çox yaxınıq. Futbol oynadığımız vaxtlarda Namiqin iki sözündən biri yalan idi (gülür). Əlbəttə, sonra onu zarafata çevirirdi. Ancaq yenə də dediklərinə inanmaq çətin idi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər