Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
İdman.biz xəbər verir ki, mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri dəqiqləşib.
Ağdam təmsilçisinin "Şkendiya" ilə duelinin qalibi "Ludoqorets" (Bolqarıstan) – "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsünə rəqib olub.
Komandalar bu mərhələnin ilk matçını avqustun 19-20-də səfərdə, cavab görüşünü bir həftə sonra evdə keçirəcəklər.
***
09:19
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
İdman.biz xəbər verir ki, mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri dəqiqləşəcək.
Ağdam təmsilçisinin "Şkendiya" ilə duelinin qalibi "Bude-Qlimt" (Norveç), "Seltik" (Şotlandiya) klubları və ya "Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka), "Lex" (Polşa) – "Srvena Zvezda" (Serbiya) və "Ludoqorets" (Bolqarıstan) – "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.
Püşkatma saat 14:00-da başlayacaq.
Qeyd edək ki, bu mərhələnin matçları 19-20 və 26-27 avqustda olacaq.
İdman.biz