top
Qurban Qurbanov: Şkendiya ilə oyundan sonra vəziyyətimiz asanlaşacaq, Montielin hazır olması üçün vaxt lazımdır Idman.biz
04 avqust 2025, 16:04
- ↺ +

Qurban Qurbanov: "Şkendiya" ilə oyundan sonra vəziyyətimiz asanlaşacaq, Montielin hazır olması üçün vaxt lazımdır

"Əvvəlki raundda hər iki oyunda qalib gələn komandaya qarşı oynayacağıq. Hər kəs FKSB-nin qalib gələcəyini düşünürdü. Amma əksi oldu. "Şkendiya" hər iki görüşdə qələbə qazandı".

İdman.biz xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali Makedoniyaya səfər ərəfəsində deyib.

Təcrübəli mütəxəssis bildirib ki, ümumilikdə, iki oyunda qalib gələn bir komandaya qarşı oynayacaqlar: "Hamı düşünürdü ki, "Styaua" qalib gələcək, amma tam əksi oldu - hər iki oyunda "Şkendiya" qalib gəldi. İlk olaraq öz hazırlığımızı yaxşılaşdırmağa çalışdıq. Məqsədimiz futbolçuların idman formasını qaydasına salmaq idi və bunu müəyyən qədər bacardıq.

Amma oyuna gəldikdə, daha həvəsli və istəkli bir komandaya qarşı çıxış edəcəyik. Nəzərə almaq lazımdır ki, bu, artıq 3-cü təsnifat mərhələsidir. Buna görə də çox diqqətli olmalıyıq. Rəqib xarakterli komandadır. İlk oyundan sonra bizim üçün vəziyyət bir qədər asanlaşacaq, çünki rəqibi daha yaxından tanımış olacağıq. Əlimizdən gələn qədər yaxşı oyun göstərməyə çalışacağıq".

Baş məşqçi 2-ci təsnifat mərhələsində "Şkendiya"nın "Styaua"nı mübarizədən kənarlaşdırmasının onun üçün sürpriz olmadığını vurğulayıb: "Bu turnirdə hər bir komanda öz ölkəsinin çempionudur. Bütün komandalar maksimum nəticə əldə etməyə çalışır. İki oyunun nəticəsinə görə dəfələrlə şahidi olmuşuq ki, insanların gözləmədiyi komandalar qalib gəlir. Biz bu işin içindəyik və daim belə nəticələri gözləyirik".

Qurban Qurbanov heyətə yeni cəlb olunan yarımmüdafiəçi Xoni Montielin nə vaxt hazır olacağına da aydınlıq gətirib: "Hələ tam hazır deyil. Hazırlıq baxımından bir qədər geridədir. Onu normal vəziyyətə gətirmək üçün azı iki həftə, yəni 15-20 gün vaxt lazım olacaq".

Qeyd edək ki, Skopyedəki Toşe Proeski adına Milli Arenada avqustun 5-də baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:07

Mingəçevir Reqatası-2026-nın ikinci günündə Azərbaycan üç medal qazandı

Minifutbol
Bu gün, 11:20

Fərrux Hüseynzadə Kazakhstan – Belarus futsal oyununda UEFA nümayəndəsi təyin olundu

Qarabağ FK
Bu gün, 11:07

“Qarabağ”ın zədəli futbolçularının geri dönüş tarixləri açıqlanıb – Klubdan İDMAN.BİZ‑ə açıqlama

Futbol
Bu gün, 10:52

Zirə futbolçuları milli komandalarında qələbələrə töhfə verib;

Futbol
Bu gün, 10:40

U-21 komandamız Şotlandiya ilə üz-üzə çıxacaq

Basketbol
Bu gün, 10:07

“Sabah” basketbol komandası ABL mövsümünü “LANDAU Lions”la açır

Basketbol
Bu gün, 09:38

“Neftçi” basketbol komandası Estoniyada Parnu ilə üz-üzə gələcək

Futbol
Bu gün, 07:19

Joau Feliks 2026 “Qızıl top”u Lamin Yamala verəcəyini açıqladı

Futbol
Bu gün, 06:13

“Roma” Dibala və Molinanı Messi vida oyununa dəvət etmədi

Futbol
Bu gün, 04:17

“Atletiko Madrid”də milli komandaların məcburiyyətləri səbəbindən heyət çatışmazlığı

Futbol
Bu gün, 00:57

Skaloni Messi çıxışından sonra Argentina milli komandası oyun tərzini açıqladı

Futbol
Dünən, 23:29

Rikardo Martins Qimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələsində Sudan qarşısında qol vurdu

Futbol
Dünən, 22:25

"Zirə"nin yarımmüdafiəçisi Mozambik millisi ilə Sudanı 4-1 məğlub etdi və qol vurdu

Futbol
Dünən, 21:01

Tomas Müller Vancouver Whitecaps ilə müqaviləsini 2027-ci ilin sonuna qədər uzadı

Futbol
Dünən, 19:49

Rafinya Avstraliya ilə oyunda zədələndi, Ançelotti açıqlama vermədi

Basketbol
Dünən, 18:40

“Sumqayıt” Basketbol Klubuna yeni transfer – Aleks Holt qoşuldu

Futbol
Dünən, 16:10

“Sabah” klubunun UEFA Çempionlar Liqası ev oyunları üçün fərdi biletlərin satışı başlayır

Futbol
Dünən, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Voleybol
Dünən, 10:43

Azərbaycanın qızlar voleybol milli komandası Gökhan Edmana təyin edildi

Futbol
Dünən, 08:19

Harry Kane’in Qızıl Topu qazanma ehtimalı 58% ilə artıb

Futbol
Dünən, 07:34

Jezuş, Ronaldonun oyun vaxtına dair razılaşmanı pozdu

Futbol
Dünən, 05:18

Totti 2006-cı il Dünya Çempionatındakı rolunu və karyerasına təsirini izah etdi

Futbol
Dünən, 02:15

Fransa millisinin baş məşqçisi Zidan, Olisenin qələbə qolunu “qol vuracağını düşündüm” deyə açıqladı

Futbol
Dünən, 01:52

Mançini Türkiyəyə qarşı 4:1 qələbəni və Fransa ilə görüşü şərh etdi

Oxşar xəbərlər