Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibi bəlli olub.
Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sına məğlub olarsa, qitənin ikinci səviyyəli klub turnirində "Lüdoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, komandalar arasında birinci matç avqustun 21-də evdə, ikinci oyun bir həftə sonra səfərdə olacaq.
İdman.biz