Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.
İdman.biz xəbər verir ki, "Şelburn"la (İrlandiya) ilk oyun iyulun 23-də səfərdə keçiriləcək.
Belfastdakı "Windsor Park" stadionundakı qarşılaşma saat 22:45-də start götürəcək. Komandalar arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və başlama fiti saat 20:00-da veriləcək.
Qeyd edək ki, "Şelburn" turnirin ilk mərhələsində "Linfild"i (Şimali İrlandiya) mübarizədən kənarlaşdırıb - 1:0, 1:1.
İdman.biz