top
Azər Həşimov: Qarabağa qarşı oynamaq motivasiyadır, məğlub olsaq da, sona qədər mübarizə apardıq Sport24.az
31 avqust 2025, 20:23
- ↺ +

Azər Həşimov: "Qarabağ"a qarşı oynamaq motivasiyadır, məğlub olsaq da, sona qədər mübarizə apardıq

"Qarabağ"ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Üçüncü oyunumuzdur ki, oynayırıq. Hər görüşdən sonra öz oyunumuzu təhlil edirik, daha da yaxşı olmağa çalışırıq. Yevlaxdan gələrək, bizə dəstək olan azarkeşlərə də təşəkkür edirəm. Bizi tək qoymurlar. "Qarabağ"ın çox güclü olması hamıya bəllidir. Döyüşkən mübarizə apardıq. Birinci hissədə də iki qol imkanımız var idi. İkinci hissədə isə "Qarabağ" 2-ci qolu vurdu, qalib gəldi. "Qarabağ"a çempionatda və ÇL-də uğurlar arzulayıram".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov Misli Premyer Liqasının 3-cü turunun "Qarabağ"la(0:2) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

 

- "Qarabağ"la oyun üçün futbolçuları motivasiya etməyə ehtiyac var idi? Çünki rəqib ÇL-də əsas mərhələdə çıxış edəcək...

- Oyundan öncə futbolçularla danışmışdıq. "Qarabağ"a qarşı oynamağın özü elə futbolçular üçün motivasiyadır. "Qarabağ" Azərbaycanın fəxridir. Hər bir futbolçu istəyər ki, "Qarabağ"a qarşı daha yaxşı oynayıb, özünü yaxşı tərəfdən göstərsin. Futbolçularıma aşılayırıq ki, heç bir rəqibdən çəkinmək lazım deyil. Rəqibə hörmətlə yanaşmaq lazımdır, amma adlar önəmli deyil, komandadır önəmli olan. Məğlub olsaq da, uşaqlar sona qədər mübarizə apardı.

 

- Premyer Liqada artıq üç oyuna çıxmısız. Məqsədlər dəyişib?

- Yenə də fikrimiz Premyer Liqada qalmaq və daha yaxşı olmağa can atmaqdır. Birinci oyundan sonra da demişdim ki, heç bir komandaya asanlıqla uduzmayacağıq. Çünki futbolçuların işə yanaşmasını da görürük. Biz də məşqçi olaraq, oyunları analiz edirik. Daha yaxşı olmağa, yaxşı komanda formalaşadırmağa çalışırıq. İstəyirik ki, komandamız döyüşkən, mübariz futbol oynasın və bizi sevən azarkeşləri sevindirək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Oxşar xəbərlər