top
Qurban Qurbanov Karvan-Yevlax oyunu və transfer danışıqları haqqında danışdı Idman.biz
31 avqust 2025, 20:45
- ↺ +

Qurban Qurbanov "Karvan-Yevlax" oyunu və transfer danışıqları haqqında danışdı

"Qarabağ" Premyer Liqanın 3-cü turu çərçivəsində "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib.

İdman.biz xəbər verir ki, ölkə çempionunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.

O, asan qələbə qazanmadıqlarını deyib: "Belə şəraitdə, belə meydanda futbolçuları motivasiya etmək asan deyil. Lakin yenə də bacardılar. Bizim üçün vacib oyun idi. Futbolçularıma təşəkkür edirəm. Xeyli azarkeşimiz var idi. Onlara da minnətdaram. Azər Haşımova uğurlar arzulayıram. Premyer Liqada yeni kollektivlə iştirak edirlər. Əvvəlki oyunları da çox yaxşı səviyyədə keçirmişdilər. Bu gün də çox yaxşı oyun qurmuşdu, qapımız qarşısında xeyli təhlükəli epizod da yaratdılar. Get-gedə də daha da yaxşı kollektiv və daha yaxşı nəticələri olacaq.

Avrokubok matçından, o atmosferdən çıxıb, bu gün belə şəraitdə oynamaq var idi. Ona görə dedim ki, "Ferentsvaroş"la matçdan sonra futbolçuları bu oyuna motivasiya etmək asan deyildi. Amma illərdir ki, belə hallar olur. Çox istəyərdik ki, daha yaxşı meydançada, daha çox azarkeş olsun. Bu iki amil futbolçular üçün çox önəmlidir. İstirahətdən sonra "Benfika" ilə oyuna hazırlaşacağıq.

Dani Montiellə bağlı elə bir ciddi problem yoxdur. Sadəcə hazır deyil. Altı aydan çoxdur ki, komanda ilə məşq etməmişdi, fərdi hazırlaşmışdı. Hələ idman formasından uzaqdır. Düzdür, kollektivlə məşqlərə qoşulub. Amma hələ bu cür oyunları oynayacaq gücdə deyil. Daha da çox vaxt lazım olacaq. Çempionata verilən fasilədə inanıram ki, özünə yavaş-yavaş gələcək. Qarşıdakı matçlarda ilk dəqiqələrdən yox, sonradan oyuna çıxmaq şansı olacaq.

Samba Sumano və Juninyonun "Qarabağ"a keçidi ilə bağlı danışıqlar gedir. Bizim tərəfimizdən ciddi təklif də olub. Biz Çempionlar Liqasının əsas mərhələsinə düşdük deyə, qarşı tərəf ola bilər ki, daha çox yuxarıdan getməyə başladı. Biz də danışıqlar aparırıq. Vaxtımız azdır. Hər bir halda, son dəqiqəyə qədər danışıqlar gedəcək. Birdən-birə danışıq çox çətinləşməyə başladı".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər