top
Qarabağ 2 - Sabah 2 Oyununda Hakimlərin Qərarlarına Etiraz: Futbolçular Meydanı Tərk Etdi Idman.biz
22 mart 2026, 15:03
- +

"Qarabağ 2" - "Sabah 2" Oyununda Hakimlərin Qərarlarına Etiraz: Futbolçular Meydanı Tərk Etdi

Əvəzedicilər Liqasının 21-ci turunun "Qarabağ-2" - "Sabah-2" görüşündə insident yaşanıb.

İdman.Biz xəbər verir ki, matçın gedişində Ağdam klubunun baş məşqçisi Maksim Medvedev futbolçuları meydandan çıxarıb.

Çalışdırıcının bu addımı baş hakim Pərviz İbrahimovun qərarlarına etiraz olaraq atdığını yazan sportinfo.az hadisələrin səkkizinci dəqiqədə "Sabah"ın bərabərlik qolu zamanı alovlandığını qeyd edib.

Hücumun əvvəlində yan xətt hakimi oyundan kənar vəziyyətə görə bayrağını qaldırıb, ardınca referi fitini səsləndirib, amma fitdən sonra vurulan qol qeydə alınıb.

Davamında bir neçə dəfə hakimlər briqadası "Qarabağ"ın əleyhinə qərarlar verib.

Hadisələrin kulminasiya nöqtəsi 43-cü dəqiqədə Sami Mmaenin qırmızı vərəqə ilə meydandan qovulması olub.

Məhz bundan sonra Maksim Medvedev sərt qərar verib, futbolçular meydanı tərk edib.

Oyunda uzun fasilə yaranıb.

Rəsmilər çətinliklə Medvedevi qərarından daşındırıb və yalnız bundan sonra oyun davam etdirilib.

Oyuna əlavə olunmuş dəqiqələrdə bu dəfə Allahverdi Rəhimov qırmızı vərəqə ilə cəzalanıb.

Doqquz nəfərlə qalan "köhlən atlar" sonda 3:1 hesablı qələbə qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 11:54

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan kişi və qadın yığmaları üçüncü turda İsveçrə və İsveçlə üz-üzə

Futbol
Bu gün, 11:11

Libertadores Kubokunda yarımfinal cütləri açıqlanıb: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense qarşılaşacaq

Formula 1
Bu gün, 10:05

Formula-1 Qran-prisi zamanı Bakıda yol hərəkəti cədvəli açıqlanıb

Futbol
Bu gün, 10:00

“Sumqayıt”da zədəli vitse‑kapitan Roy Kehat komanda ilə məşqlərə qayıdır

Boks
Bu gün, 09:48

Azərbaycanın iki boksçusu Avropa çempionatında qələbə qazandı

Qarabağ FK
Bu gün, 09:10

Qarabağ – Şəfa: Misli Premyer Liqasının 6-cı turunun ilk oyun günü

Futbol
Bu gün, 04:53

“Bavariya” “Benfika”nın mərkəz müdafiəçisi Tomas Arauxonu transfer etmək istəyir

Digər
Bu gün, 03:31

İsveçin keçmiş dünya hokkey çempionu Hans Tvillinq 98 yaşında vəfat etdi

Futbol
Bu gün, 01:02

Beşiktaş Avropa Liqası I turunda Marsel'i 4:1 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 23:54

“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri təqdim edildi

Qarabağ FK
Dünən, 23:48

Misli Premyer Liqası VI turun hakim heyəti açıqlanıb

Olimpiada
Dünən, 22:25

Azərbaycan Atletika Milli Komandasının yeni məşqçi təyinatı

Futbol
Dünən, 19:37

Kəpəz – Sumqayıt qarşılaşması üçün 4000 bilet satılıb, azarkeş marağı yüksəkdir

Futbol
Dünən, 18:47

Barselona qapıçısı Joan Qarsiya sağ dizində narahatlıqla zədələnib

Futbol
Dünən, 18:05

Azərbaycan U-18 milli komandası 21‑23 sentyabr Bayıl Təlim‑Məşq Mərkəzində seleksiya toplanışı keçirəcək

Basketbol
Dünən, 16:08

ABL yeni mövsümün açılış oyununda “Sabah” komandası “LANDAU Lions” ilə qarşılaşacaq

Futbol
Dünən, 13:00

Litva millisinin Azərbaycanla oyunları üçün heyəti açıqladı

Basketbol
Dünən, 11:32

Neftçi klubuna ABŞlı basketbolçu Zakeriya Hiks qoşuldu

Futbol
Dünən, 05:34

“Barselona” 2026/27 mövsümündə rekord starta imza atdı

Futbol
Dünən, 04:21

“Mançester Yunayted” 42 illik ev qalibiyyət seriyasını qırdı

Futbol
Dünən, 01:19

“Mançester Yunayted” Liqa Kubokundan çıxıb, “Aston Villa” 1/8 finala yüksəldi

Futbol
Dünən, 01:02

Milan 0-2 Benfika, Bayer 2-0 Çelye

Futbol
Dünən, 00:43

Barselona 7 oyunda 30 qol vurar, orta məhsuldarlığı 4 qoldan çox

Futbol
16 sentyabr 2026, 22:44

João Pedro zədə səbəbindən Braziliya millisinin dostluq oyunlarından çıxarıldı

Oxşar xəbərlər