top
Qalatasaray, Fənərbağçaya rəqabət göstərmək üçün iki transfer hədəfi seçdi Idman.biz
30 oktyabr 2026, 15:44
- ↺ +

Qalatasaray, Fənərbağçaya rəqabət göstərmək üçün iki transfer hədəfi seçdi

Türkiyənin "Qalatasaray" futbol komandası qış transfer pəncərəsi ərəfəsində heyətini gücləndirmək üçün iki futbolçunu diqqət mərkəzinə alıb.

İdman.Biz "Takvim" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın "Köln" komandasının sol cinah hücumçusu Səid Əl-Mala və İngiltərənin "Brayton" klubunun yarımmüdafiəçisi Yasin Ayarini transfer etməyi planlaşdırır.

Məlumata görə, "Qalatasaray" 20 yaşlı Əl-Malanı yaxından izləyir. İstanbul klubunun yaxın günlərdə futbolçunun meneceri ilə əlaqə saxlayacağı və yanvar ayında rəsmi transfer təklifi hazırlayacağı gözlənilir.

Almaniyalı futbolçu cari mövsümdə Bundesliqada keçirdiyi səkkiz oyunda dörd qol vurub və bir məhsuldar ötürmə edib. Onun "Köln"lə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. Gənc hücumçunun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

"Qalatasaray"ın digər hədəfi isə 23 yaşlı Yasin Ayaridir. İngiltərənin "TEAMtalk" nəşrinin məlumatına görə, İsveç millisinin yarımmüdafiəçisi ilə Türkiyənin "Fənərbağça" komandası da maraqlanır.

"Qalatasaray"ın daha əvvəl də izlədiyi Ayari təcrübəli yarımmüdafiəçilərə alternativ variant kimi nəzərdən keçirilir. İstanbul təmsilçilərinin futbolçu üçün transfer mübarizəsinə başlama ehtimalı var.

Ayarinin "Brayton"la hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. İngiltərə klubunun müqaviləni 2028-ci ilə qədər uzatmaq hüququ var. Tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlarda isə hələlik razılıq əldə olunmayıb.

İsveçli futbolçuya İngiltərənin "Çelsi", "Nyukasl", "Arsenal", "Mançester Yunayted" və "Liverpul", həmçinin İtaliyanın "Milan" komandaları da maraq göstərir. Daha əvvəl İspaniyanın "Atletiko", Almaniyanın "Borussiya" (Dortmund), İtaliyanın "Roma" və "Yuventus" klubları da onu izləyiblər.

Qeyd edək ki, "Qalatasaray" qış transfer pəncərəsində həm yarımmüdafiə, həm də sol cinah hücumunu gücləndirməyi qarşısına məqsəd qoyub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:40

Alman mütəxəssisi Polşa millisini baş məşqçisi ola bilər

Digər
Bu gün, 10:39

Qazaxda 25 idman növünü əhatə edən idman festivalı keçirildi

Futbol
Bu gün, 10:20

FIFA keçmiş prezidenti Sepp Blatter, Canni İnfantinonun namizədliyini məhdudiyyətə görə qeyri-qanuni sayır

Qarabağ FK
Bu gün, 10:10

“‘Kəpəz’lə ‘Qarabağ’ matçının təyinatları açıqlanıb”

Futbol
Bu gün, 10:10

Mudrik: “Çelsi”yə transferdən əvvəl “Arsenal”da çıxış etmək arzusundaydım

Qarabağ FK
Bu gün, 10:00

Türkiyə klubları “Qarabağ”ın futbolçusu Marko Yankoviçə marağını itirmir

Futbol
Bu gün, 09:53

Sumqayıt – Sabah: Misli Premyer Liqası 12-ci turu

Futbol
Bu gün, 09:40

Tibo Kurtua Real-da 2028-ə qədər qalan müqavilə uzadılıb

Futbol
Bu gün, 09:38

Ever Baneqa 37 yaşında peşəkar futbol karyerasını başa vurdu

Futbol
Bu gün, 09:29

Kostas Tsimikas yayda Liverpuldan ayrılaraq La Liqa klubuna keçə bilər;

Futbol
Bu gün, 09:24

Sabiq Braziliya futbolçusu Gabi Morais narkotik pullarının yuyulmasında həbs edildi

Futbol
Bu gün, 09:20

Alman klubu 60 milyon avro təklifi ilə Inter’in 20 yaşlı müdafiəçisi Finn Yelçin

Futbol
Bu gün, 09:08

Harri Keyn ikinci Qızıl Top üçün hədəfləri: daha çox kubok qazanmaq istəyir

Futbol
Bu gün, 09:00

Sumqayıt Sabah qarşısında Mehdi Huseynzadə arenasında oynayacaq

Futbol
Bu gün, 08:40

Li Kan İn xaricdə 2026-cı ilin ən yaxşı Asiyalı futbolçusu, “Traktor”un qapıçısı Əlirza Beyranvənd isə Asiyanın ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 08:20

İmişli 12-ci turda Zirəni ev stadionunda qəbul edir

Futbol
Bu gün, 08:12

"Barselona" Lisandro Martinezın transferinə maraq göstərmədi: Deku və Flik rədd etdi

Futbol
Bu gün, 08:00

Blekpul klubu doğum günündə baş məşqçi Ian Evatti vəzifəsindən çıxardı

Futbol
Bu gün, 07:11

İnterin müdafiəçi transferi üçün 60 milyon avroluq qiymət tələb olunur

Futbol
Bu gün, 06:13

Real Madrid Chema Andresi geri gətirməyi düşünür

Futbol
Bu gün, 05:07

Poçettino “Old Trafford”da “Country Roads” mahnısını əlamət kimi qəbul etdi

Futbol
Bu gün, 04:38

PSJ dörd əsas futbolçu ilə müqavilələrini uzatmaq istəyir

Futbol
Bu gün, 04:14

Roma “Çelsi”nin hücumçusunu almağı planlaşdırır, keçmiş komanda yoldaşı kömək edə bilər

Futbol
Bu gün, 03:02

Real Madrid müdafiəçisi Din Heysen, dünya çempionu boksçuya imzalı forması ilə hədiyyə verdi

Oxşar xəbərlər