PSJ hücumçusu Dezire Due ilə müqaviləni uzatmaq istiqamətində uğurlu danışıqlar aparır. Bu isə "Arsenal", "Çelsi" və "Mançester Siti"nin futbolçunu heyətinə qatmaq şanslarını faktiki olaraq aradan qaldırır. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 21 yaşlı fransız futbolçu ilə yeni müqavilə barədə danışıqlar müsbət məcrada irəliləyir. Fransa klubu oyunçunun uzun müddətə Parisdə qalmasını istəyir. Razılaşma hələ tam yekunlaşmasa da, PSJ özünün ən vacib gənc istedadlarından birini komandada saxlamaqda qərarlıdır.
Qeyd edək ki, Duenin klubla hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. O, 2026/27 mövsümündə keçirdiyi 12 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı oyunçunun baxar dəyərini 120 milyon avro qiymətləndirir.