Portuqaliya klubunun rəsmi saytına görə, "Portu"nun hücumçusu Samuel Agexova zədələnib.
İdman.Biz bildirir ki, "Sportinq"lə matçda fasilədə əvəzlənən Samuel sağ dizindən və ön çarpaz bağından zədə alıb.
"Əjdahalar"ın açıqlamasında deyilir ki, ispaniyalı oyunçu yaxın günlərdə "Portu" tibbi heyəti tərəfindən təkrar müayinədən keçəcək.
Samuelin "Portu" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. İspaniyalı oyunçu bu mövsüm 32 matçda 20 qol vurub və bir məhsuldar ötürmə edib. "Portu" hazırda Primeyranın turnir cədvəlinə başçılıq edir.