top
Pedro Mateuş: Zədədən sonra qayıdışım uğurlu oldu, komandaya kömək etdiyim üçün xoşbəxtəm Idman.biz
17 dekabr 2025, 11:44
- ↺ +

Pedro Mateuş: Zədədən sonra qayıdışım uğurlu oldu, komandaya kömək etdiyim üçün xoşbəxtəm

"Komandaya kömək etdiyim üçün xoşbəxtəm. Amma ən vacib məqam yenidən xallar qazanmağa başlamağımız idi".

Bunu "Karvan-Yevlax"ın portuqaliyalı qapıçısı Pedro Mateuş futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Zədəli olduğunuz üçün uzun müddət idi ki, "Karvan-Yevlax"a kömək edə bilmirdiniz. Yaşıl meydanlara qayıdış necə hissdir?

– Düzünü desəm, bu, mənim üçün böyük bir rahatlıqdır. Bütün karyeram ərzində heç vaxt məşq və ya oyunları dayandıracaq qədər ciddi zədə almamışdım. Bu, ilk dəfə idi və bu qədər uzun müddət məşq və oyunsuz qalmaq psixoloji cəhətdən çox çətin oldu. Amma həmin mərhələni arxada qoymağı bacardım və bundan sonra ümid edirəm ki, bütün oyunlarda komandama kömək edə biləcəyəm.

– "İmişli" ilə oyun ərzində bir neçə qurtarışla yadda qaldınız. Üstəlik, səkkiz oyun idi ki, xal qazana bilməyən "Karvan-Yevlax" uğursuz gedişata son qoydu. Qayıdışınızın uğurlu alındığını deyə bilərik?

– Komandaya kömək etdiyim üçün xoşbəxtəm. Amma ən vacib məqam yenidən xallar qazanmağa başlamağımız idi. Qarşıda hələ çox işimiz var.

– Növbəti turda doğma meydanda "Neftçi"ni qəbul edəcəksiniz. Rəqibiniz yeni baş məşqçinin rəhbərliyi altında çıxdığı ilk oyunda qələbə hesabını qoruya bilmədi. "Neftçi" ilə matçda hansı nəticəyə ümid edirsiniz?

– Güclü komandaya qarşı çətin oyun gözləyirik. Lakin evdə oynadığımız üçün maksimum səviyyədə mübarizə aparacaq və qələbə uğrunda döyüşəcəyik. Məqsədimiz yaxşı oyun göstərmək və xallar qazanmaqdır.

– 15 turdan sonra cəmi 6 xal toplamaq və turnir cədvəlində sonuncu pillədə olmaq komandanın üzərində əlavə təzyiq yaradırmı?

– Əlbəttə, turnir cədvəli çətin vəziyyətimizi göstərir, amma təzyiq futbolun bir hissəsidir. Komanda birlikdədir və oyundan-oyuna daha da yaxşılaşmağa köklənib.

– Yeni baş məşqçiniz Füzuli Məmmədov haqda fikirləriniz necədir? Onun gəlişindən sonra komandada nə kimi dəyişikliklər baş verib?

– Füzuli Məmmədov öz ideyaları ilə gəldi, komandaya daha çox təşkilatçılıq və intensivlik gətirdi. Biz onun tələblərini tədricən mənimsəyirik.

– Qarşıdakı turlarda sonuncu pillədən qurtulmaq, Misli Premyer Liqadakı yerinizi qorumaq şansınızı necə dəyərləndirirsiniz?

– Vəziyyətin çətin olduğunu bilirik, amma gördüyümüz işə inanırıq. Əgər diqqətli və rəqabətədavamlı qalsaq, bu vəziyyətdən çıxa, liqadakı yerimizi qoruya bilərik.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:06

Ən çox evlənən məşhur futbolçuların siyahısı

Futbol
Bu gün, 10:00

Azərbaycan U-15 milli komandası Andorra və Avstraliya ilə dünya çempionatında qarşılaşacaq

Futbol
Bu gün, 09:58

El-Klassico, Liverpul və Bayern: 25-oktyabr Avropa futbolunda əsas mübarizələr

Güləş
Bu gün, 09:35

Eldəniz Əzizli beşinci dünya çempionluğunu alaraq karyerasını tamamlamayı plan edir

Futbol
Bu gün, 09:30

Barselona və Real Madridın El Klasikosu: Spotify Camp Nouda keçiriləcək

Futbol
Bu gün, 09:28

İmişli Şamaxı ilə qarşılaşmadan əvvəl ilk qolunu hədəfləyir

Güləş
Bu gün, 09:18

Binev taekvondo federasiyasının prezidenti Sofiyada güllələnib

Güləş
Bu gün, 09:11

Azizli və Süleymanov dünya çempionatında qızıl medal üçün final görüşlərinə çıxacaqlar

Futbol
Bu gün, 09:07

Ronaldo və Messi'nin 13 Qızıl Topu: Mükafatlar və Müzakere

Qarabağ FK
Bu gün, 09:00

Mərdəkanda Sabah – Qarabağ qarşılaşmasında kim üstünlük qazanacaq?

Futbol
Bu gün, 08:40

Chelsea və Liverpoolun 18 yaşlı müdafiəçi Daniele Bançakıya marağı

Futbol
Bu gün, 08:20

Pələnglər Şirlərə qarşı Misli Premier Liqası 9-cu turunda

Futbol
Bu gün, 08:06

Jordi Alba, Hans‑Dieter Fleckin rəhbərliyi altında Barcelona’da gördüyü ən təsirli dəyişiklikləri açıqladı

Futbol
Bu gün, 08:00

"Bernli" baş məşqçisi Niki Hayen klub ilə yollarını ayırdı

Futbol
Bu gün, 07:09

Arteta Everton qələbəsindən sonra Konsa, Magalhaes və Ben White-ı xüsusi təriflədi

Futbol
Bu gün, 06:13

Barcelona Diomandeni, Real Madrid isə Adeyemini imtina etdi

Futbol
Bu gün, 05:14

Fermin Lopes El‑Klasikoda uşaqlıq arzusu ilə çıxış etdiyini söylədi

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Oxşar xəbərlər