"Çempionluğumuzu rəsmləşdirsək də, Premyer Liqa finişə yaxınlaşdıqca, hər oyun bizim üçün ağır keçir". Bu sözləri Sport24.az-a açıqlamasınsa "Qarabağ"ın futbolçusu Patrik Andrade deyib.
Kabo verdili legioner ötən gün minimal hesabla qalib gəldikləri "Zirə"ni tərifləməyi də unutmayıb: "Zirə" çempionatın ən yaxşı komandalarından biridi. Çox əzmkar və nəticə qazanmaq üçün son saniyələrə kimi təslim olmayan kollektivdi. Onlarla oyunlarımız həmişə ağır olub. Qalib gəldiyimizə sevinirəm".
Andrade iyunda "Zirə" ilə oynayacaqları ölkə kubokunun finalı barədə də fikir bildirib: "Qarşıda bizi hələ 2 çempionat oyunu gözləyir. Əsas diqqətimizi həmin matçlara yönəltmişik. Çalışacağı mövsümün son iki turunda yaxşı nəticə qazanaq. Onlardan sonra kubok görüşü haqda düşünmək olar. "Zirə" də "futbol ili"ni titulla başa vurmağı planlaşdırır. Ancaq biz də "qızıl dubl" etmək istəyirik. O üzdən bizi kubokun finalında çox gərgin və maraqlı matç gözləyir".
ABDULLA İSMAYILOĞLU