"Benfika"dan ayrılan Nikolas Otamendinin yeni ünvanı məlum olub.Sport24.az xəbər verir ki, argentinalı müdafiəçi "River Pleyt"ə keçib.
Bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı müdafiəçi ilə müqavilə 2027-ci ilin sonuna kimi nəzərdə tutulub.
Otamendi 2022-ci ildə Argentina yığması ilə dünya çempionu olub.