Qazaxıstanın Şımkent şəhərində keçirilən "Ordabası" - "Aktobe" futbol klublarının gənclər komandası arasındakı qarşılaşma insidentlə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, oyunda baş verən dava haqqında Şımkent polis departamenti məlumat yayıb.
Hadisə "Aktobe" futbolçuları ilə yaşanan qarşıdurma zamanı baş verib. Davada iki futbolçu çənə sınığı və üz nahiyəsindən ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Baş verən hadisə ilə bağlı "xuliqanlıq" maddəsi üzrə cinayət işi açıldığı bildirilib. Eyni zamandan, "Ordabası"ı gənclər komandasının kapitanı saxlanılaraq həbs edilib.