top
Nyukasl - Barselona: İki Fərqli Futbol Fəlsəfəsinin Toqquşması - İDMAN.BİZ-in İCMALI Idman.biz
10 mart 2026, 15:07
- ↺ +

"Nyukasl" - "Barselona": İki Fərqli Futbol Fəlsəfəsinin Toqquşması - İDMAN.BİZ-in İCMALI

Bu axşam "Nyukasl" öz tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsində meydana çıxacaq. Rəqib isə Avropa futbolunun nəhəngi, turnirin favoritlərindən sayılan "Barselona"dır. "Qarabağ"ı pley-off mərhələsində ümumi hesabda 9:3 hesabı ilə keçən ingilislər, indi daha çətin sınaq qarşısındadırlar.

İdman.Biz martın 10-da keçiriləcək bu möhtəşəm oyunun maraqlı detallarını və komandaların son durumunu təqdim edir.

"Nyukasl" - "Barselona" dueli sadəcə bir futbol matçı deyil, həm də iki fərqli futbol fəlsəfəsinin toqquşmasıdır. Bir tərəfdə son illərin ən sürətli böyüyən layihəsi, digər tərəfdə isə öz DNA-sını yenidən bərpa etməyə çalışan dünya nəhəngidir.

"Nyukasl" öz meydanında rəqibə nəfəs almağa imkan verməyən "qəddar" pressinq tətbiq edən komandadır. Buna görə də düşünmək olar ki, onlar müdafiə xəttini çox öndə quraraq, "Barselona"nın yarımmüdafiəçilərinin üzərində fiziki təzyiq yaradacaqlar. Haunun əsas hədəfi topu rəqibdən mərkəz xəttində qoparıb, dərhal Vissa və ya Qordonla sürətli hücuma keçməkdir.

Klassik "Barselona"dan fərqli olaraq, Hansi Flik isə topu boş-boşuna gəzdirməyi sevmir. O, topu qazanan kimi ən qısa yolla rəqib qapısına getməyi tələb edir. Bu oyunda "Barselona"nın əsas silahı "Nyukasl"ın müdafiə arxasında buraxdığı boşluqlar olacaq. Lamin Yamalın fərdi bacarığı bu boşluqları cəzalandırmaq üçün kifayətdir.

Hər iki komandada zədələr var

Eddi Haunun komandası ciddi itkilərlə üzləşib. Bruno Gimarayeş, Fabian Şer, Emil Kraft və Lyuis Mayli zədə səbəbindən bu axşam komandalarına kömək edə bilməyəcəklər. Lakin Sandro Tonali və Nik Voltemadenin geri dönüşü azarkeşləri sevindirir. Bu mövsüm turnirdə 10 qol vuran Entoni Qordonun start heyətində yer alacağı gözlənilir.

Kataloniyalıların da itkiləri az deyil. Frenki de Yonq, Jul Kunde və Alexandro Balde heyətdən kənardadırlar. Qavinin diz zədəsindən sonra bərpa prosesi davam edir. Hücum xəttində isə əsas diqqətlər Robert Levandovski və Rafinyanın üzərində olacaq.

Açar oyunçuların mübarizəsi

Oyunun ürəyi Tonali - Pedri dueli ilə döyünəcək. Tonalinin sərtliyi və oyunu qurma qabiliyyəti, Pedrinin zərif ötürmələri və boşluq tapmaq istedadı ilə qarşı-qarşıya gələcək. Kim mərkəzə nəzarət etsə, tempi o diktə edəcək.

Gənc müdafiəçi Kubarsi üçün Qordonun sürəti və çevikliyi böyük sınaq olacaq. Qordonun cərimə meydançası daxilindəki hərəkətliliyi "Barselona" müdafiəsini sarsıda bilər.

Rafinya faktoru da unudulmamalıdır. Qrup mərhələsindəki performansından sonra Rafinya "Nyukasl" müdafiəsi üçün "bir nömrəli təhlükə"dir. Onun sol cinahdan mərkəzə qaçışları rəqib qapıçı üçün çətin anlar yaşadacaq. Baxmayaraq ki, "Atletik"lə oyunda Rafinya heç nə ilə yadda qalmamışdı.

Zəif nöqtələr: Hardan zərbə dəyə bilər?

"Nyukasl" heyətdəki bəzi oyunçuların pley-off təcrübəsinin az olması gərgin anlarda səhvlərə yol aça bilər. Xüsusən də oyunun son 15 dəqiqəsində konsentrasiyanın düşməsi "Barselona" kimi rəqib üçün hədiyyədir.

"Barselona"da isə çatışmazlıq standart vəziyyətlərdir - künc zərbələri, cərimə zərbələri. "Nyukasl" hava toplarında və fiziki mübarizədə daha üstündür. Botman kimi hündürboylu müdafiəçilər standart vəziyyətlərdə "Barselona" üçün ciddi təhlükədir.

Böyük ehtimalla, biz ilk 15-20 dəqiqədə "Nyukasl"ın üstün tempini görəcəyik. Azarkeş dəstəyi ilə onlar rəqibi sarsıtmağa çalışacaqlar. Əgər kataloniyalılar bu fırtınaya tab gətirib topa nəzarəti ələ ala bilsələr, oyunun gedişatını öz xeyirlərinə dəyişəcəklər.

Maraqlı faktlar və statistika

Lamin Yamal üçün bu oyun statistika cəhətdən tarixi əhəmiyyət daşıyır. Belə ki, gənc ulduz bu axşam meydana çıxsa, Çempionlar Liqasında 30 oyuna çatan ən gənc futbolçu kimi tarixə düşəcək.

"Nyukasl" isə Çempionlar Liqasında son beş oyundur məğlub olmur və bu, klub üçün rekord göstəricidir.

"Barselona"nın ingilis fobiyası yoxdur. Kataloniyalılar İngiltərə təmsilçiləri ilə keçirdikləri son 12 pley-off qarşılaşmasının 10-da qalib gəliblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər