top
“Neftçi”nin məşqçisi: “Mahmudovun meydanda olmaması bizim üçün çətinlik yaradır“ Sport24.az
10 may 2024, 21:56
- ↺ +

“Neftçi”nin məşqçisi: “Mahmudovun meydanda olmaması bizim üçün çətinlik yaradır“

"Oyunu iki hissəyə bölmək olar. Birinci hissə bizim üçün yaxşı alındı, ikincisi ondan da yaxşı. Futbolçularımız xarakter göstərə bildilər. Birinci qoldan sonra "Neftçi"yə layiq tərzdə oynamağa başladılar".

Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin köməkçi məşqçisi Saşa Petroviç Premyer Liqanın 34-cü turunun "Kəpəz" görüşündən sonra keçirilmiş mətbuat konfansında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Qeyd etdiniz ki, "Neftçi" futbolçuları bu gün xarakter göstərdilər. Bəs, komanda ötən turda uduzduğu görüşdə niyə həmin xarakteri göstərə bilmədi?

- Çətin sualdır. "Qarabağ"la oyun haqda onu deyə bilərəm ki, onlar yəqin hazırda bizdən daha yaxşı komandadır. Son dörd aydır ki, burada çalışırıq. Yaınız bu mərhələdə müəyyən diaqnozları qoya bildik. İndi isə irəliyə baxa bilərik. Hansı istiqamətdə işləmək lazım olduğunu da anlayırıq. Yaxşı haldır ki, Ağadadaş Salyanski və Brayan Moreno qollarını vurdular. Bu da "Neftçi"nin gələcəyi üçün faydalıdır. "Qarabağ"la oyunu unutmalı, gələcəyə baxmalıyıq.

- Miodraq Bojoviçin yeri nə dərəcədə görünürdü? Sizə hansı təlimatlar verirdi?

- Bojoviçlə uzun müddətdir ki, birlikdə çalışırıq. Hər şey qaydasında idi. Nəticə də bunu əyani olaraq göstərir.

- Emin Mahmudov dörd oyundur ki, zədə səbəbindən oynamır. Qarşıdakı iki həlledici görüşdə oynaya biləcək?

- Mahmudovun meydanda olmaması bizim üçün çətinlik yaradır, əsl çatışmazlıqdır. Amma bu daha çox baş məşqçiyə ünvanlanacaq sualdır. Komanda bu gün çox istəkli idi. Bizi qarşıda iki final gözləyir.

- İndiki "Neftçi"nin neçə faiz futbolçusunu dəyişmək lazımdır ki, "Qarabağ"a qarşı daha yaxşı oynayasız?

- Çətin sualdır. Biz bu mərhələdə diaqnozu müəyyən edə bildik. İnanırıq ki, qalsaq, güclənmə prosesi davam edəcək. Qış "transfer pəncərəsi"ndə yaxşı oyunçuları buraxan komanda yoxdur. İnanırıq ki, növbəti mövsüm üçün komandaya daha da güclü oyunçuları cəlb etmək imkanımız olacaq. Yens Anderson bu istiqamətdə işlərə başlayıb. Məsələyə nikbin baxıram.

- Lukas Melano haqda hansı fikirdəsiz?

- Meydanda qısa müddət oynadı. Ona görə də, çox danışmaq çətindir. Amma Lukas yaxşı futbolçudur. Məşqlərdə ciddidir. Ona görə də, Lukası da meydana buraxıb, şans vermək lazım idi.

- "Neftçi" azarkeşləri sosial şəbəkələrdə yazır ki, hazırkı komanda avrokuboklara getməsə yaxşıdır. Siz necə düşünürsüz, avrokuboklara vəsiqə qazansanız, normal komanda formalaşdırmaq üçün zamanınız olacaq?

- Məncə, bacaracağıq. Avrokuboklarda iştirak hər zaman təcrübə deməkdir.

- Avrokuboklara vəsiqə uğrunda əsas rəqibləriniz "Zirə", "Sabah" və "Sumqayıt"dır. Şansları necə dəyərləndirirsiz?

- Mən ancaq öz komandam haqda düşünürəm. Avrokuboklara vəsiqə qazanmaq üçün növbətim iki oyunda qələbə qazanmaq haqda fikirləşirik. Digər rəqiblər barədə nəsə düşünmürəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Oxşar xəbərlər