top
Neftçi və Qarabağın Birgə Bəyanatı: Azarkeşlərə Müraciət Lent.az
25 aprel 2026, 16:20
- ↺ +

"Neftçi" və "Qarabağ"ın Birgə Bəyanatı: Azarkeşlərə Müraciət

Misli Premyer Liqasında 4 gün ərzində iki dəfə Azərbaycan derbisi baş tutacaq. Hər iki oyun "Palms Sports Arena"da keçiriləcək.

Lent.az xəbər verir ki, oyunlardan öncə "Neftçi" və "Qarabağ" klubları birgə bəyanat yayıblar.

Bəyanatda deyilir:

"26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti "Palms Sports Arena"ya yönələcək. 4 gün aralıqla Misli Premyer Liqasının oyunları çərçivəsində "Neftçi" və "Qarabağ" komandaları iki dəfə üz-üzə gələcəklər.

Futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir.

Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.

Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.

Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. "Neftçi" və "Qarabağ" olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.

Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.

Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.

Azərbaycan futbolu qələbə qazansın!".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:25

"Yuventus" argentinalı müdafiəçini transfer etmək istəyir

Digər
Bu gün, 22:21

Şimali Koreyalı futbolçu dünya çempionatlarında 10 illik rekordu qırdı

Digər
Bu gün, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Bu gün, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Bu gün, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Bu gün, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Bu gün, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Bu gün, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Bu gün, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Digər
Bu gün, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Voleybol
Bu gün, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Futbol
Bu gün, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Futbol
Bu gün, 21:05

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

Voleybol
Bu gün, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Futbol
Bu gün, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Bu gün, 20:27

Trent sabiq klubuna qayıda bilər

Digər
Bu gün, 20:24

“Şəki” 5:0 hesablı məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı

Digər
Bu gün, 20:17

Toni Kroos tarixin ən yaxşı beş yarımmüdafiəçisini seçdi

Futbol
Bu gün, 20:04

Barselona futbolçusu Dani Olmo zədəsini təsdiq etdi – El Klasiqoda iştirak etməyəcək

Futbol
Bu gün, 19:58

Bavariya kapitanı, atasının vəfatından dolayı Arsenal matçı buraxacaq

Futbol
Bu gün, 19:51

Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Digər
Bu gün, 19:23

Dortmund “Borussiya”sından Azərbaycana ana dilimizdə təşəkkür - VİDEO

Digər
Bu gün, 19:20

"Kəpəz" "Şəfa" ilə oyuna itkisiz hazırlaşır

Oxşar xəbərlər