Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, "ağ-qaralar" Kipr təmsilçisi AEL-lə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Yoxlama oyunu
1 avqust
18:00. "Neftçi" (Azərbaycan) – AEL (Kipr)
Byalobjeq. "Mieyski" stadionu
Qeyd edək ki, "Neftçi" daha öncə İsrail "Hapoel"i (Təl-Əviv) və Polşa "Termalika"sı ilə hesabı ilə heç-heçə oynayıb – müvafiq olaraq, 1:1, 2:2. Bakı təmsilçisinin "Asteras"la (Yunanıstan) görüşü güclü leysan səbəbindən ləğv olunub.
İdman.biz