top
Rüstəm Əhmədzadə: Sumqayıtda mənə daha çox güvənirlər - MÜSAHİBƏ Idman.biz
30 avqust 2025, 18:51
- ↺ +

Rüstəm Əhmədzadə: "Sumqayıtda mənə daha çox güvənirlər" - MÜSAHİBƏ

"Sumqayıt"ın futbolçusu Rüstəm Əhmədzadənin evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra Sportnet.az-a geniş müsahibəsi

- "Şamaxı" ilə oyunu necə dəyərləndirərdiniz?

- Məncə, maraqlı və emosional oyun alındı. Hesab edirəm ki, bu gün qələbəyə layiq idik. Lakin nəticə ortadadır. 1 xal da yaxşıdır.

- Sayılmayan qolunuz oldu. Özünüz həmin epizodda ofsaydın olduğunu təsdiqləyirsiniz?

- Bəli. Paltardəyişmə otağında baxdım, ofsayd var idi. Sadəcə, oyun vaxtı emosiyaların təsiri altında idim, qolun sayılmamasını təsəvvür edə bilmirdim.

- Demək olarmı ki, bu, Azərbaycan karyeranızda ən yaxşı başlanğıc götürdüyünüz mövsümdür?

- Bəli, demək olar. Bu, ən yaxşı başlanğıcdır, çox motivasiyalıyam. Ümidvaram ki, bu başlanğıcı davam etdirəcək və daha yaxşı olacağam.

- Bəs "Qarabağ" və "Zirə"də olduğunuz vaxt belə başlanğıclarınıza kim və ya nə mane olurdu?

- Heç kim mane olmurdu. Sadəcə, mental durumum buna imkan vermirdi. İndi mən bu baxımdan çox yaxşı vəziyyətdəyəm. Komandada mənə etimad göstərirlər, özümü yaxşı hiss edirəm. Ona görə də mənə elə gəlir ki, bu amil da təsirini göstərir.

- Əvvəlki klublarınızda kifayət qədər etimad göstərmirdilər?

- Elə deməzdim. Hər yerdə hər şey yaxşı idi. Bu, daha çox mənim işimlə, mentalitetimlə bağlı idi.

- "Sumqayıtdakı durum "Qarabağ" və "Zirə"dəkindən nə ilə fərqlənir?

- Sadəcə, burada mənə daha çox güvənir və fərdi improvizasiyalar etməyimə imkan verirlər. Yəni, meydanda sərbəstlik imkanlarım daha çoxdur.

- Yeri gəlmişkən, "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi barədə nə deyə bilərsiniz?

- Açığı, bunu gözləyirdim. "Qarabağ"la yay toplanışında olarkən komandanın necə çalışdığını və çıxış etdiyini, həyata keçirdiyi transferləri görürdüm. Ayrılarkən başa düşürdüm ki, komanda böyük ehtimalla Çempionlar Liqasının əsas mərhələsinə çıxacaq. Sonradan püşkatmanın nəticələrini gördükdə də tam əmin idim. "Qarabağ" layiqli vəsiqə qazandı, komandanın uğurlarına çox sevinirəm.

- Düşünmürsünüz ki, "Qarabağ"da hücumçu çatışmazlığı var?

- Açığı, mən elə fikirləşmirəm. Hansısa problemlər olsaydı, komanda çempionluq qazana bilməzdi. Bunu bacarıblarsa, deməli, böyük və geniş heyətləri var, futbolçuları güclüdür, rəqabət yüksəkdir. Buna görə də hesab edirəm ki, "Qarabağ"ın futbolçuları yaxşı səviyyədədirlər.

- "Qarabağ" sizinlə yollarını ayırdıqdan sonra 3 hücumçu ilə qalıb və hələ də mərkəz hücumçusu transfer etməyib. Belə bir vəziyyətdə komandadan göndərilməyiniz hansı səbəbdən irəli gəldi?

- Xüsusi səbəb yox idi. Sadəcə, özüm hiss edirdim ki, vəziyyəti dəyişməyim lazımdır. Belə bir danışığımız oldu: Mənə dedilər ki, nəyi daha yaxşı və faydalı hesab edirsənsə, onu da et. Mən də getmək qərarına və pozitiv notlarla yollarımızı ayırdıq. Hər hansı problem olmadı.

- Özünüz getdiniz, yoxsa onlar getməyinizi istədilər?

- Yəqin ki, daha çox mənim təşəbbüsüm idi.

- Milli komandaya çağırılmamağınız barədə nə deyə bilərsiniz?

- Heyətə açıqlandığı gün - avqustun 29-da səhər saatlarında baxdım. Əlbəttə, dəvət gözləyirdim, milliyə düşmək istəyirdim. Lakin özüm də başa düşürəm ki, bir müddət oynamamışam, pis təsir bağışlamışam. Buna görə də indi daha çox işləməyim, özümü daha yaxşı tərəfdən göstərməyim lazımdır. O zaman, düşünürəm ki, məni də çağırarlar.

- "Sumqayıt"da ilk turdan qol vurur, hücumda fəallığınızla seçilirsiniz. Hesab etmirsiniz ki, bu siyanı əvvəlcədən - hələ Premyer Liqa start götürməmişdən əvvəl hazırlanıb?

- Ola bilər. Çünki bunadək baş məşqçi Fernandu Santuş yay fasiləsində millini iki yoldaşlıq görüşünə çıxarmışdı və futbolçuları həmin vaxt izləyə bilmişdi. Çempionat isə avqustun 15-də başlayıb, hələlik cəmi 3 oyun keçirmişik, baş məşqçinin isə görüb seçmək üçün vaxtı az olub. Lakin növbəti toplanışadək bütün futbolçular iş başında olacaq. Ola bilsin, bu toplanış üçün Santuş kimi çağıracağını öncədən bilirdi və siyahını da buna görə hazırlamışdı. Fikrimcə, gələn toplanış üçün isə hazırda kimin necə çıxış etdiyinə, harada və nə qədər oynadığına daha çox diqqət yetirəcək.

- Siyahının daha tez hazırlanmasına kifayət qədər vaxt aparan viza məsələsi də səbəb ola bilərmi?

- Bəli. Düşünürəm ki, millidə çalışanlar nə etdiklərini və bu cür incəlikləri bilirlər.

- Doğulub boya-başa çatdığınız Ukraynaya qarşı oynamaq kimi xüsusi istəyiniz var idi?

- Əlbəttə. Çox istəyirdim ki, Ukrayna yığmasındakı uşaqları da görüm, onlara qarşı da oynayım. Amma eybi yox, onlarla Polşada da üz-üzə gələcəyik. Ola bilsin, həmin vaxt milliyə çağırılacağam.

- Nə vaxtsa Ukraynanın əsas millisinə çağırılma şansınız olubmu?

- Xeyr. Ukraynada yeniyetmə ikən Ukraynanın müvafiq yaş qrupundan olan millisində oynamaq istəyim var idi. Lakin çağırmadılar və sonradan Azərbaycan millisindən təklif gəldi. Mən də etiraz etmədim. Hesab etdim ki, bu, yaxşı variantdır. Bu komandada çıxış etdiyim üçün şadam.

- İndiyədək Rusiyanın Ukraynaya qarşı təcavüzü barədə danışmamısınız. Hər halda sizin də fikirlərinizi bilmək istərdik...

- Açığı, bu barədə danışmaq çox ağırdır. Baxıb-izləmək çox üzücü, məyusedici, ağrılıdır. Orada mənim valideynlərim, bütün doğmalarım, qohumlarım var. Hər dəfə xəbərləri oxuduqda çox pis oluram, bu, mənə çox ağır gəlir. Amma inanıram ki, gec-tez hər şey sona çatacaq və vəziyyət yaxşı olacaq.

- Valideynlərinizin yaşadığı regionda hazırda doyüşlər gedirmi?

- Biz paytaxt Kiyevdənik. Hazırda oranı da tez-tez atəşə tuturlar. Valideynlərim uzun müddət paytaxtda atəş altında yaşadı. Bir müddətdir Qərbi Ukraynaya üz tutublar. Orada daha sakitlikdir. Mən də buna görə rahat və sakitəm.

- Qərbi Ukraynaya məcburi köçkün kimi yollanıblar?

- Xeyr, orada qohumlarımız var, onlarla qalırlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Oxşar xəbərlər